“Ermənilərin “soyqırımına“ məruz qalmalarını elan etməsi hiylədir”
Tarix: 11.03.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


"Bu gün münaqişələr bütün dünyanı, əsasən İslam aləmini bürüyüb. Artıq islami məhəbbəti ortaya qoymaq zamanıdır". Bunu Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşən Türkiyə Baş Nazirinin baş müşaviri Hacı Bekir Karlığa deyib.
Hacı Bekir Karlığa bildirib ki, Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanındır.
QMİ sədri Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığına heç kim xələl gətirə bilməz: "Türkiyə ən ağır anlarda, müstəqilliyin əldə edilməsində, o cümlədən Qarabağ məsələsində Azərbaycanın yanında olub. Biz bir millət, iki dövlət kimi bundan sonra da əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik".
Bütün Qafqazın şeyxi ermənilərin saxta soyqırımı məsələsinə də toxunub: "Ermənilərin "soyqırımına" məruz qalmalarını elan etməsi hiylədir. Bu hiylənin üstü açılmalı və ifşa edilməlidir".
B.Karlığa qeyd edib ki, İslam dini mədəniyyət, ağıl, həyat, gözəlliklər dinidir. Bəzi ölkələrdə ortaya çıxan vəhşiliklərin İslamla heç bir əlaqəsi yoxdur: "Belə şeylərin ortaya çıxması bizim hamımızı narahat edir. Bu sahədə ortaq səylərin göstərilməsi vacibdir". Onun sözlərinə görə, gələn il Bakıda Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılmış Mədəniyyətlərarası Alyansın toplantısı olacaq. Toplantıda 127 ölkənin, eləcə də 20 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info