“Atlantico”: “Dünya əhalisinin yarıdan çoxu hind-Avropa dillərində danışır”
Tarix: 11.03.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Dünyanın 400-dən çox dili, o cümlədən fransızca və Avropa dillərinin böyük hissəsi qədim hind-Avropa dilindən törəyib”

Fransanın “Atlantico” nəşri dünya əhalisinin yarıdan çoxunun danışdığı hind-Avropa dillərinin 6 min il bundan öncə Ukraynadan Qazaxıstana doğru uzanan çöllərdə meydana gəldiyi ilə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir: “Dünyanın 400-dən çox dili, o cümlədən fransızca və Avropa dillərinin böyük hissəsi qədim hind-Avropa dilindən törəyib. Fərziyyələrdən birinə görə, bu qədim dillərin mənşəyi Ukraynadan Qazaxıstana qədər olan çöllük ərazidə formalaşıb. Bəs, əslində bu qədim hind-Avropa dilin ə deməkdir? Bunun coğrafi mənşəyi ilə bağlı fikirlər elmi tədqiqatlarda hansı yeri tutur? Tədqiqatçı Jan-Pyer Leve bu barədə bildirir: “Müasir dünyada insanların yarıdan çoxu hind-Avropa dilləri ailəsinə aid dillərdə danışırlar. Hind-Avropa dili – sübut edilməmiş qədim dildir və komparativistikanın köməyi ilə canlandırılıb. Bu tarixəqədərki dildə təxminən 6-7 min il öncə danışılıb. O, bir neçə budağa bölünüb ki, onlardan bir çoxu itib gedib.
Beləliklə, onlar arasında Anadolu(Hett-luvi dilləri-hazırda itib-batıblar), toxar dilləri(Çinin şimalında bu dillərdə danışılıb, eramızın birinci minilliyinin sonunda aradan çıxıblar), hind-İran dilləri(Buraya qədim sanskrit, hindi və İran dilləri,o cümlədən itmiş qədim fars və Avesta, həmçinin puştu və onun müasir dialektləri daxildir), Baltik dilləri(Litva, latış və sair dillər), yunan, slavyan, italik dilləri(Osko-umbr, latın və roman dilləri), kelt dilləri, Frigiya, Frakiya və sair dillər və onların budaqları daxildir.
Bu dillər arasında bənzərlik etimologiya, fonetika, morfologiya, sintaksis və semantikaya əsaslanır”.
Qeyd edilir ki, qədim hind-Avropa dilinin özündə müəyyən mərhələlər olub. Hind-Avropa dilləri konsepsiyası əsasən, linqvistikaya əsaslanır.
Amma hind-Avropa dillərinin coğrafi mənşəyi hələ də mübahisəli olaraq qalır: “Burada iki ənənəvi nəzəriyyə var: adıçəkilən çöllük nəzəriyyəsi və Anadolu.
Birinci nəzəriyyə tərəfdarları hind-avropalıları fateh, ikincinin tərəfdarları isə daş dövrünün kəndliləri kimi görürlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info