Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış bazarı istifadəyə veriləcək
Tarix: 11.03.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı məhsullarının satışının təşkili üçün Naxçıvan şəhərindəki “Cahan” Ticarət Kompleksinin ərazisində yeni müasir korpus inşa olunur.
Yeni korpusun tikintisi Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların müraciətlərinə əsasən həyata keçirilir.
İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda son tamamlama işləri görülür. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan bazarda fiziki şəxslər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olacaqlar.
Qeyd edək ki, ötən il kompleksin ərazisində müxtəlif təyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus istifadəyə verilib, həmçinin “Cahan” Ticarət Kompleksinin əsas binasında yenidənqurma işləri aparılıb. Mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info