Avstriyada Novruz bayramına həsr olunmuş tədbir
Tarix: 11.03.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT-nin Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
Tədbirin bədii hissəsindən bəhs edən L.Qasımova müasir Azərbaycanın caz məkanında, eləcə də beynəlxalq səviyyədə tanınmış musiqiçi Şahin Növrəsli və onun musiqi qrupu barədə məlumat verib. Bildirib ki, hələ uşaq yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi peşəkar musiqi fəaliyyətinə başlayan Ş.Növrəsli dünyanın ən tanınmış səhnələrindəki çıxışları ilə Şərq və Qərb sivilizasiyalarının musiqi rəngarəngliyinin vəhdətini öz ifalarında mükəmməl səviyyədə təqdim edib.
L.Qasımova həmçinin bildirib ki, caz konsertinin tarixi də təsadüfi seçilməyib, çünki bir neçə gün əvvəl Azərbaycanda ölkəmizin caz sənətinin ən görkəmli nümayəndəsi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub. Klassik cazla Azərbaycan milli musiqisi və muğamının uğurlu sintezinə nail olmuş Vaqif Mustafazadə məktəbinin ənənələri bu gün Şahin Növrəsli kimi peşəkar musiqiçilər tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir.
Daha sonra tanınmış Azərbaycan caz pianoçusu Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnılarının, eləcə də muğam melodiyalarının caz üslubunda improvizasiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Konsertdən sonra qonaqlara Azərbaycanın milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info