Rusiya nümayəndəsi SWIFT-in Direktorlar Şurasında yer alacaq
Tarix: 11.03.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Rusiyanın nümayəndəsi beynəlxalq banklararası kommunikasiya sistemi olan SWIFT-in Direktorlar Şurasının tərkibinə daxil ediləcək.
RBK saytı xəbər verir ki, Rusiya bu sistemdə yeri ölkədə ödəmə trafikinin səviyyəsinin yüksəlməsi sayəsində qazanıb. Lakin Direktorlar Şurasının tərkibinə daxil olmaq hələ bu ölkənin hazırda gündəmdə olan SWIFT sistemindən çıxarılması təhlükəsinin sovuşması demək deyil.
Qəbul olunmuş qaydaya əsasən, SWIFT sistemi hər üç ildən bir iştirakçılar arasında aksiyanı yenidən yerləşdirir. Nəticədə hər bir ölkə sistemdəki trafikinin proporsionallığına müvafiq pay əldə edir.
2014-cü ildə aksiyanın yenidən yerləşdirilməsi Direktorlar Şurasının tərkibinin dəyişdirilməsinə gətirib çıxarıb.
“Rossvift” Assosiasiyasının icraçı direktoru Roman Çernov bildirib ki, 2014-cü ilin nəticələrinə görə, Rusiyada SWIFT sisteminin ödəmə trafikinin səviyyəsinin yüksəlməsi ona dünya üzrə bu sahədə 13-cü yeri tutmağa imkan verib. Ona görə də Rusiya bu sistemdə öz payını Direktorlar Şurasının tərkibinə namizəd irəli sürmək səviyyəsinədək artırmağa nail olub.
Honkonq və Niderland Direktorlar Şurasındakı yerlərini itirib. Onların yerini isə Rusiya və Belçika tutub.
Roman Çernovun sözlərinə görə, Rusiyadan namizədin irəli sürülməsi məsələsinə SWIFT-in bu il aprelin 16-da keçiriləcək biznes forumunda baxılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info