Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
Tarix: 11.03.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Prezidentin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az,www.genprosecutor.gov.az) və 492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info