“Azərbaycana gələn turistlərin sayı 5 milyon nəfərə çatacaq”
Tarix: 11.03.2015 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində Azərbaycana 2,5 mln. turist gəlib. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. "Son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı 14-15% artıb. Amma 2014-cü ildə bu rəqəm azalıb.
Misal üçün, Rusiya, Gürcüstan və İrandan Azərbaycana gələnlərin sayı azalıb.

Əvəzində Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və ərəb ölkələrindən gələn turistlərin sayı isə 10-20% artıb" - deyə nazir bildirib. O qeyd edib ki, bu azalma qonşu ölkələrdə baş verən iqtisadi-siyasi proseslərlə əlaqəlidir: "Təbii ki, Rusiyada iqtisadi vəziyyət bu ölkədən gələn turistlərin sayına təsir edib. Bu amillər Gürcüstan və İrandan gələn turistlərə də aiddir". Nazir bildirib ki, Azərbaycanda hazırda otellərin sayı 530-dan çoxdur: "Artıq ölkədə qonaqların yerləşdirilməsi üçün 35 minə qədər yataq var". Qurum rəhbəri deyib ki, bu gün Azərbaycanın istənilən sayda qonaqları qəbul etmək imkanı var: "Bizim məqsədimiz xidmətin çeşidliliyini artırmaqdır. Azərbaycana gələn hər bir turist orta hesabla ölkə iqtisadiyyatına 700 dollar vəsait yatırır". Nazir vurğulayıb ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, sərgilərin və digər konfransların çoxluğu ölkənin turizminə müsbət təsir göstərir: "Ümid edirəm ki, yaxın illərdə biz Azərbaycana gələn turistlərin sayını 5 milyon nəfərə çatdıra biləcəyik".




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info