Rusiya məsələsi Avropa Birliyində parçalanma yaradıb
Tarix: 11.03.2015 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Donald Tusk: “Almaniya, Böyük Britaniya, Belçika, Danimarka, Polşa və Baltikyanı ölkələr sanksiyalar lehinə çıxış etsələr də, Yunanıstan, Kipr, İtaliya, Avstriya sanksiyaların hər hansı bir effekt verəcəyinə şübhə ilə yanaşırlar”

Avropa Birliyi daxilində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı vahid mövqe yoxdur. Yunanıstan, İtaliya və Kiprdən fərqli olaraq Almaniya, Böyük Britaniya, Polşa və Baltikyanı ölkələr hələ ki, sanksiyaların lehinə çıxış edirlər. Lakin Vaşinqtona səfər edən Avropa Şurasının rəhbəri Donald Tusk Amerika prezidenti Barak Obamanı inandırmağa çalışıb ki, Rusiyaya qarşı sanksiyaların bir il müddətinə uzadılması ilə bağlı məsələdə ABŞ-a dəstək verməyə hazırdırlar.
Ağ Evdə keçirilən görüş zamanı amerikalı prezident Ukrayna məsələsi və Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar barədə danışıb. Bununla belə, o, Minsk sazişlərinin həyata keçirilməsində xüsusi xidmətləri olmuş Angela Merkel və Fransua Ollandın səylərini də yüksək qiymətləndirib. Qeyd edək ki, hələ keçən ilin dekabrından Avropa Şurasına rəhbərlik edən polşalı lider Rusiyaya qarşı sanksiya məsələsində ABŞ-la sıx əməkdaşlıq edəcəyi barədə vədlər vermişdi: “Avropa Birliyi Amerika Birləşmiş Ştatları ilə sanksiyalar, habelə Ukraynaya maliyyə yardımı istiqamətində əməkdaşlığı davam etdirəcək. Biz bu istiqamətdə birliyimizi və vahid siyasət kursumuzu bundan sonra da davam etdirəcəyik”. Amma Tusk etiraf edib ki, ABŞ-la yekdil mövqeyə baxmayaraq Avropa ölkələrində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması məsələsində vahid mövqe yoxdur. Onun sözlərinə görə, Avropanın bir çox siyasətçiləri Putinin “Ukraynadakı münaqişə sülh yolu ilə başa çatacaq” fikrinə inanmağa başlayıb. Polşalı lider “The New York Times” nəşrinə müsahibə verərkən Putinin səsləndiridyi fikirlərə inanmadığını desə də, etiraf etmək məcburiyyətində qalıb ki, hazırkı məqamda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsində Avropa Birliyi ölkələri arasında razılıq əldə etmək mümkün deyil: “28 ölkə arasında konsensus əldə etmək çox çətindir. Almaniya, Böyük Britaniya, Belçika, Danimarka, Polşa və Baltikyanı ölkələr sanksiyalar lehinə çıxış etsələr də, Yunanıstan, Kipr, İtaliya, Avstriya sanksiyaların hər hansı bir effekt verəcəyinə şübhə ilə yanaşırlar”. Qeyd edilməlidir ki, sanksiyaların bu qədər uzun ömürlü olmasına görə bəzi Avropa ölkələri liderləri də artıq narahatlıq ifadə etməyə başlayıb. Məsələn , sanksiyaların Avropa ölkələri üçün də sərfəli olmadığını bildirən İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalo bunun ölkəsinin timsalında aydın nəzərə çarpdığını xüsusi qeyd edib. O, sanksiyaların İspaniyanın kənd təsərrüfatı və turizm sektoruna vurduğu ziyanları bir daha xatırladıb. Donald Tuskun vətəni olan Polşa da Rusiyaya qarşı sanksiyalarda fəallıq göstərsə də, ölkə daxilində bu məsələ ilə bağlı birlik yoxdur. Ölkədəki fermerlər hələ də bu sanksiyalara qarşı çıxırlar . Polşa Kənd Təsərrüfatı Nazirliyinin son hesablamalarına görə, sanksiyalar nəticəsində ölkədə istehsalçılara dəyən ziyan 500 milyon dollara çatıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22.05.2019
Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb
22.05.2019
Ermənilər işsizliyi ölkədənin ən ağrılı problemi hesab edirlər
22.05.2019
Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
22.05.2019
Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info