“Regionun bütün ölkələri TAP-a qoşulmaq istəyir”
Tarix: 11.03.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Xorvatiya ilə Çernoqoriya 2020-ci ilədək TAP-dan ayrılacaq yeni qaz kəmərinin tikintisini planlaşdırır. Xorvatiya və Çernoqoriya 2020-ci ilədək Trans-Adriatik qaz kəmərindən (TAP) ayrılacaq yeni qaz kəmərinin tikintisini planlaşdırır.
Bunu "Bloomberg" agentliyinə müsahibəsində hər iki ölkənin iqtisadiyyat nazirləri bildirib. "Regionun bütün ölkələri TAP-a qoşulmaq istəyir. Bu, həmçinin Çernoqoriyaya gələcəkdə qaz yataqlarında aparacağı kəşfiyyat işlərindən gəlir əldə etməyə imkan verəcək", - deyə Çernoqoriyanın iqtisadiyyat naziri Vladimir Kavariç bildirib. Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak isə bildirib ki, hər iki ölkənin bu layihəyə investorları cəlb etmək üçün siyasi iradəsi var. Onun sözlərinə görə, layihənin dəyəri 754 mln. ABŞ dolları təşkil edir. "Biz bu layihəyə Bosniya və Herseqovinanın qoşulmasını da istərdik", - deyə xorvatiyalı nazir qeyd edib. TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info