Azərbaycan Rusiyadan yük vaqonları alacaq
Tarix: 12.03.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin nümayəndə heyətləri ilə görüş keçirilib.
QSC-dən verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan dəmiryolçuları Rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.
“Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin baş direktoru Oleq Sienko çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi, Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
“Uralvaqonzavod”un saytında yer alan məlumata görə, protokola əsasən zavod Azərbaycana 2.900 yük vaqonu satacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info