İnsan alveri qurbanları ilə fəaliyyət sahəsində ATƏT-lə əməkdaşlıq genişlənir
Tarix: 12.03.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi, səfir Mədinə Carbusınova ilə görüş olub. Görüşdə ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsinin ofisinin və Bakı ofisinin əməkdaşları da iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin ölkənin dinamik tərəqqisini təmin edən uğurlu siyasətində sosial sahənin daim prioritet təşkil etdiyini vurğulayıb. Əhalinin rifah halının yüksəldilməsi, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması sahəsində əldə olunan nailiyyətləri qeyd edən nazir insan alveri qurbanlarının və insan alverinin potensial qurbanı ola biləcək şəxslərin sosial müdafiəsi və sosial reabilitasiyasının ölkədə aparılan sosial siyasətdə mühüm yer tutduğunu bildirib: “ƏƏSMN-nin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən təkcə ötən il insan alveri qurbanı və insan alverinin qurbanına çevrilmək riski olan şəxslərdən ibarət 100 nəfərə yaxın insana müvafiq yardımlar göstərilib. Həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı əsasında işlər aparılıb, onlar maddi, tibbi, hüquqi, psixoloji yardımlarla təmin olunublar, onların məşğulluğu, peşə reabilitasiyası və s. istiqamətlərdə konkret işlər görülüb. Eyni zamanda, insan alveri qurbanları ilə etik davranış qaydaları barədə ayrı-ayrı qurumlarda maarifləndirmə tədbirləri, həmçinin ötən il respublikanın regionlarındakı peşə məktəbi və liseylərdə gənclərin iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusunda silsilə təlimlər keçirilib”.
S.Müslümov dövlət başçısının 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə ölkədə insan alverinə qarşı mübarizəyə dair yeni, yəni 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edildiyini bildirib: “Bu sənəddə digər tədbirlərlə yanaşı, insan alverinə şərait yaradan sosial problemlərin həlli, sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması üçün çoxşaxəli tədbirlər əhatə olunub. Bunların sırasında həmin insanların əmək bazarına inteqrasiyasına yönələn işlərin görülməsi, onların peşə reabilitasiyası, məşğulluq probleminin həlli, dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması üçün onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlərin, sosial-məsləhət yardımlarının göstərilməsi, yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası, bu sahədə aidiyyəti qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi və s. tədbirlər var. Bütün bu istiqamətlərdə fəal iş aparılır”.
İnsan alveri qurbanları ilə fəaliyyət sahəsində ATƏT-lə əməkdaşlığın daim genişləndiyini bildirən nazir insan alveri ilə mübarizə, habelə insan alverindən zərər çəkmiş insanlara sosial yardımın göstərilməsi ilə bağlı bu təşkilat tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə iştirakın təmin edildiyini bildirib. Nazir ölkəmizdə qeyd olunan sahədə fəaliyyətin səmərəli qurulmasında, xüsusən maarifləndirmə işlərinin aparılmasında ATƏT-lə əməkdaşlığın önəmindən bəhs edib, qarşıdakı dövrdə də bu əməkdaşlığın uğurla davam etdirilməsinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.
M.Carbusınova ölkəmizdə daim güclənən sosial siyasət kursunun insan alverindən zərər çəkmiş insanları da əhatə etməsinin, habelə insan alverinin qurbanına çevrilmək riski olan şəxslərlə bağlı aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O, ATƏT-in digər sahələrdə olduğu kimi, bu sahədə də gələcəkdə ölkəmizlə əməkdaşlığı genişləndirmək və görülən işlərin dəstəklənməsini davam etdirmək əzmində olduğunu nəzərə çatdırıb. Görüşdə insan alveri qurbanlarının və sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması sahəsində görülən işlər və bu sahədə əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info