Qorbaçov azərbaycanlılardan üzr istədi
Tarix: 12.03.2015 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasının keçmiş deputatı, Nikolayevdəki əyləncə və ticarət kompleksi olan “Sotka”nın sahibi Viktor Qorbaçov bir müddət öncə etnik mənsubiyyətinə görə təhqir etdiyi azərbaycanlılardan üzr istəyib.Nikolayev vilayəti azsaylı xalqlar Şurasının sədr müavini, hüquq müdafiəçisi Xəyyam Dünyamalızadə açıqlamasında bildirib ki, iş adamı ötən gün keçirdiyi mətbuat konfransında sahibi olduğu kompleksdə etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı mütəmadi olaraq edilən təhqirlərə, milli mənsubiyyətə görə obyektə girişlərinə qoyulan qadağaya görə üzr istəyib. O bildirib ki, bir daha belə hal təkrarlanmayacaq.
Qeyd edək ki, Ukraynanın müxtəlif şəhərlərdə yerləşən əyləncə komplekslərinin sahibi olan V. Qorbaçovun Nikolayev şəhərindəki obyektinə gələn azərbaycanlılar mütəmadi olaraq qovulub, onların əyləncə mərkəzinə girişinə qadağa qoyulub. Səbəb kimi milli mənsubiyyətləri göstərilib. Bununla bağlı Nikolayevdə yaşayan azərbaycanlılar ölkənin Baş Prokurorluğuna müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Eyni zamanda Ukrayna Ombudsmanı və BMT-nin Ukrayna nümayəndəliyi bəyanat yayaraq hadisəni pisləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info