Nalbandyanın cavabı verilib
Tarix: 12.03.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur”

ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təmsilçisi iclasda çıxış edilərək bir sıra məqamlara aydınlıq gətirib.
Bildirilib ki, ATƏT-in Daimi Şurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı ATƏT-ə üzv dövlətlərin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər. Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər. Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır. Ermənistan prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsini təmin etməlidir.
Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir. Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status- kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli” yanaşma cəhdinin daha bir bariz nümunəsidir.
Qeyd edilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin mövcudluğu həm danışıqlarda irəliləyişə nail olunması, həm də münaqişə zonasında etimadın yaradılmasına ən ciddi maneə olaraq qalır. Bu, cəbhə xətti və Ermənistan və Azərbaycan sərhədi boyunca artan insident və sistemli atışmaların yeganə səbəbidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişə tərəfləri arasında etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək və danışıqlar prosesində yeni imkanlar yaradacaq.
Diqqətə çatdırılıb ki, münaqişə zonasının hərbisizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun bərpasına nə qədər tez başlanılsa, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar.
Vurğulanıb ki, Ermənistanın mövcud status kvoya arxayın olması tarixi səhvdir. Ermənistanın on illiklər boyu davam edən siyasəti ölkəni regional inkişafdan məhrum edir. “Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik”.
Bildirilib ki, ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info