“Financial Times“: “Avropa Oyunları Azərbaycan üçün böyük hadisə olacaq”
Tarix: 12.03.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın "Financial Times" qəzetində iyunda Bakıda keçiriləcək I Avropa Oyunları haqqında məqalə dərc edilib.
Məqalə müəllifi Cek Farçi yazır ki, Azərbaycanın Oyunlara hazırlaşmaq üçün cəmi 3 il vaxtı olub: "Adətən belə qlobal tədbirlərə 7 il vaxt lazım olur. Lakin ölkə işin öhdəsindən uğurla gəlir".
Məqalədə deyilir ki, Azərbaycan meqa-layihələri birinci dəfə qəbul etmir, amma Avropa Oyunları bütün əvvəlki layihələri üstələyir: "Hökumət Azərbaycanın dünya arenasında "yumşaq gücü"nün irəliləməsi üçün Oyunlara, ümumiyyətlə, idmanın daha geniş strategiya kimi istifadəsinə birinci addım kimi baxır".
C.Farçi bildirir ki, Avropa Oyunlarından sonra ölkədə gələn il "Formula-1" Qran-pri yarışları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bəzi oyunları keçiriləcək. Bundan başqa, Bakı Olimpiada-2024-ə ev sahibliyi etmək üçün sifariş ərizəsi təqdim edəcək.
Məqalədə deyilir: "Oyunların baş əməliyyat direktoru Saymon Kleq qeyd edib ki, Avropa Oyunları Azərbaycan üçün böyük hadisə olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs О`Kallaqan təşkilatçıların Avropa Oyunlarının 11 idman növü üzrə yarışları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiada üçün təsnifat oyunları edə bilmələrinin vacibliyini vurğulayıb. Bu o deməkdir ki, idmançıların Avropa Oyunlarında iştirak etməyə motivasiyası olacaq".
Müəllif yazır ki, Təşkilat Komitəsi Oyunlarda könüllü işləmək istəyənlərdən artıq 29 min sifariş alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar
18.03.2019
“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info