Suriyada “ərəb baharı”nın nəticələri
Tarix: 12.03.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


“The Guardian”: “İŞİD” Suriyanın gələcəyinə uzunmüddətli bir kölgə salır”

“The Guardian” nəşri beynəlxalq ixtilafların Suriyadakı sonsuz müharibəyə necə töhfələrini verdikləri barəsində maraqlı yazı yazıb. Yazıda bildirilir ki, Suriyadakı münaqişədən dörd il keçəndən sonra prezident Bəşər Əsədin tərəfdarları özlərini ayaqda saxlamaq üçün daha çox təpərləniblər: “Onların bu əzmi düşmənlərinin onları yox etmək səylərindən daha güclüdür”.

“Suriyadakı bu qanlı “pat” vəziyyəti, belə görünür ki, sadəcə, bu ölkədə başlamış qeyri-stabilliyin və dağıntılarn 4 illiyini qeyd etməyə əsas verir. Bir tanınmış ərəb siyasətçisinin qüssə ilə əvvəlcədən xəbər verdiyi kimi, “Zorakı qırğın sadəcə olaraq yenə də davam etməyə doğru gedir”

O da qeyd edilir ki, Suriyadakı müharibənin necə bitəcəyini kimsə bilmir: “Dörd illik zorakılıq, dağıntılar və qeyri-stabillik ölkənin on milyon insanına, bütün ölkəyə və ümumiyyətlə, geniş miqyasda Orta Şərqə dəhşətli dərəcədə təsir göstərib. Amma o da aydındır ki, beynəlxalq güclərin ixtilafları buna öz qəddarlıq və uzunmüddətlilik töhfəsini verib. Amerikanlar, avropalılar, ruslar və iranlıların hər biri burada öz rolunu oynayır. Maraqların yarışması və qərarsızlıq 2011-ci ilin martında üsyan qalxanda da özünü göstərmişdi. Qərb dövlətlərinin ilk “ərəb baharı”nın dramı və sürətindən hələ də gözləri qamaşmaqda idi. Tunis və Misirdə başçılar devrilmişdi, Bəhreyni etirazlar silkələyirdi və NATO Liviyada Müəmmər Qəddafiyə qarşı olan üsyançılara dəstək müdaxiləsi barədə tədbirlər görürdü. Öncə Hillari Klinton Bəşər Əsədi “islahatçı” adlandırmışdı, sonra qərara aldı ki, o, öz “legitimliyini itirib”. O vaxt avqustda Obama ehtiyatla Əsədi Suriya xalqı naminə kənara çəkilməyə çağırdı. ABŞ-ın liderliyi ilə İraqa basqından 8 il sonra bu qərar başqa bir ərəb paytaxtında rejim dəyişikliyinə Qərb dəstəyi demək idi. Britaniyalı David Kemeron, fransalı Nikola Sarkozi və almaniyalı Merkel Əsəddən “Suriya xalqı tərəfindən onun rejiminin tam rədd edilməsi reallığına baxmağı” tələb etmişdilər. Suriyanın yaxın tərəfdarı olan Rusiya sovet dönəmindən bu mövqeyə qarşı dayanmışdı və indi də dayanmaqdadır”.
Daha sonra Türkiyə, İran və digər tərəflərin də Suriya məsələsində tutduqları mövqelər və bu baxımdan yaranan beynəlxalq çəkişmələr barəsində yazıda ətraflı qeyd edilir və bu çəkişmələrin, bundan yaranan səbatsızlığın Suriyadakı münaqişənin və bununla bağlı ölkədə yaranan qeyri-stabilliyin davam etməsinə təsir göstərdiyi vurğulanır. Həmçinin 2014-cü ilin yanvarında 2-ci Cenevrə konfransının Əsədin həmin ildən öncəki ilin avqustunda “kimyəvi silah işlətməsi”nin kölgəsi altında keçirildiyi bildirilir. O da qeyd edilir ki, “İŞİD” son aylarda Suriyanın gələcəyinə uzunmüddətli bir kölgə salmaqdadır: “Halbuki Qərb paytaxtlarında əks terror gücləri böhranın bütün digər tərəflərini götür-qoy ediblər. Ötən həftə ABŞ Dövlət Departamentinin Suriya müxalifəti üçün nümayəndəsi, çox güman ki, planların puça çıxması üzündən istefa verdi. Nə “cihadçı”ların məğlub edilməsi, nə də hər hansı bir məcburiyyətin Əsədin danışıqlar masasına oturmasına vadar etmədiyi indi real perspektiv kimi görünür. Suriyadakı bu qanlı “pat” vəziyyəti, belə görünür ki, sadəcə, bu ölkədə başlamış qeyri-stabilliyin və dağıntılarn 4 illiyini qeyd etməyə əsas verir. Bir tanınmış ərəb siyasətçisinin qüssə ilə əvvəlcədən xəbər verdiyi kimi, “Zorakı qırğın sadəcə olaraq yenə də davam etməyə doğru gedir. Burada başqa nəsə bildirməyə heç bir hacət yoxdur...”.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info