TUMİB–in sağlam həyat tərzi ilə bağlı layihəsi Tovuzda davam etdirilib
Tarix: 12.03.2015 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layhənin icrası davam edir. Layihə çərçivəsində növbəti tədbir bu gün Tovuz şəhərində baş tutub.
Tədbiri Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq, son illər ölkə gənclərinin şəxsi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. S.Ələsfərov deyib ki, Tovuz gənclərinin fərdi bacarıqlarının üzə çıxması üçün müxtəlif tədbirlər keçirirlər. Ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini deyən idarə rəisi analoji fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
TUMİB sədi Çingiz Bayramov Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, bu yaxınlarda baş tutacaq I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə gənclərə və idmana göstərilən qayğının təzahürü kimi qiymətləndirilə bilər. Ç.Bayramov deyib ki, rəhbərlik etdiyi təşkilat yeniyetmə və gənclərimizin yüksək təhsil alması üçün bütün imkanları səfərbər edir. TUMİB sədrinin sözlərinə görə, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqda maarifləndirmə işi aparmaqdır. TUMİB sədri gəncləri öz sağlamığının qeydinə qalmağa və təbii qidalarla qidalanmağa səsləyib.
TUMİB-in İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. S.Verdizadə bildirib ki, gənclik cəmiyyətin avanqard hissəsi olduğu üçün onların sağlamlığının qeydinə qalmaq hər bir vətəndaşın borcudur. “Yeniyetmə və gənclərimiz arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işləri aparılmasına ehtiyac var. Sağlamılıq hamıdan çox sizin özünüzə lazımdır”, - deyən natiq gəncləri idmanla məşğul olmağa və zərərli vərdişlərdən çəkinməyə çağırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin şəxsi rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Sonda natiqlər tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info