Şəmkir gəncləri hesabat verdi
Tarix: 12.03.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Bu gün YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin IV Hesabat konfransı keçirilib. Şəmkir rayon Heydər Əliyev Mərkəzində konfransı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açıq elan edib.
YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev geniş məruzə ilə çıxış edib. Ötən il görülən işlərdən danışan Ruhid Hacıyev bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə icra edəcəklərinə söz verib.
Məruzə ətrafında Gənclər və İdman idarəsinin Baş məsləhətçisi YAP Gənclər Birliyinin üzvü Rzayev Vüsal, Şəmkir rayon İrmaşlı kənd Bələdiyyəsinin sədri Lamiyə Allahverdiyeva, YAP Şəmkir rayon təşkilatı Aparatının Təlimatçısı, YAP Şəmkir rayon Gənclər Birliyinin üzvü İlkin Musayev, Şəmkir şəhəri Ə.Cavad adına Mədəniyyət Mərkəzinin direktoru Tural Əliyev çıxış edərək hesabat dövründə Gənclər Birliyi tərəfindən həyata keçirilən işlər, görülən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verdilər.
Konfransda təşkilatı məsələlərə baxılıb. 25 nəfərdən ibarət YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, 13 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib. Konfransda açıq səsvermə yolu ilə İsmayılov Emin Həsən oğlu YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Allahverdiyeva Lamiyə Vaqif qızı və Rzayev Vüsal Maksim oğlu YAP Gənclər Birliyinin sədr müavinləri seçiliblər.
Konfransda həmçinin YAP Gənclər Birliyinin IV konfransına 4 nəfər - YAP Şəmkir rayon Gənclər Birliyinin sədri İsmayılov Emin Həsən oğlu, YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçısı, Gənclər Birliyi İdarə Hetyətinin üzvü İlkin Musayev, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin işçisi YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Bayramova Afaq Elxan qızı, YAP Şəmkir rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Həbibli Ayxan Namiq oğlu nümayəndə seçildilər.
Konfransın işində Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və Yeni Azərbaycan Partiyasi Mərkəzi Aparatının məsul işçisi R. Gülməmmədov çıxış edərək, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, ölkədə həyata keçirilən gənclər siyasəti , həmçinin gənclər qarşısında duran vəzifələr barədə çıxış edərək öz tövsiyələrini gənclərə çatdırıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info