Bələdiyyə sədrlərinin Ankara səfəri
Tarix: 12.03.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın bələdiyyə sədrləri Ankara Büyükşehir və Keçiören bələdiyyələrinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE (Türkiye ve Orta Doğu Amme İdaresi Enstitüsü) arasında bağlanan qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, onların təşkilatçılığı, TİKA-nin (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) dəstəyi ilə Azərbaycanın bir neçə bələdiyyə sədrləri Ankarada səfərdə olub. 07-11 mart 2015-ci il tarixlərini əhatə edən səfərin məqsədi iki ölkənin bələdiyyələri arasında təcrübə mübadiləsi, bu sahədəki yeniliklər barədə məlumatlanma olub.
Bu barədə məlumat verən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE-nın təşkilatçılığı ilə keçirilən “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu çərçivəsində baş tutub. Səfər zamanı TODAİE-nin rektoru, professor Onur Ender Aslan rəhbərlik etdiyi İnstitut barədə məlumat verib, digər dövlətlərlə qarşılıqlı əlaqələrindən, əməkdaşlıq prinsiplərindən danışıb. TODAİE-nin 1952-ci ildə yaradıldığını qeyd edən Onur Ender Aslan təcrübə və fikir mübadiləsi baxımından bu kimi layihələrin əhəmiyyətinə diqqət çəkib.
Sonra qonaqlar İçişler Bakanlığı Mahalli İdareler Genel Müdürlüyü ilə tanış olublar. Burada Mahalli İdareler genel müdüri Ömər Doğanay yerli özünüidarəetmə istiqamətində görülən işlərdən bəhs edib, yeniliklər barədə məlumat verib.
TİKA-nı ziyarət zamanı təşkilatın rəhbəri Serdar Çam iştirakçılara Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığının (TİKA) yaranma tarixi, fəaliyyəti barədə məlumat verib. TİKA-nın Azərbaycanla əlaqələrindən bəhs edərək bundan çox məmnun olduqlarını ifadə edib və əməkdaşlığın bundan sonra daha da sıx davam etdiriləcəyini bildirib.
Səfər çərçivəsində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu iştirakçıları Ankara Büyükşehir və Keçiören bələdiyyələrini ziyarət edərək onların fəaliyyətləri ilə yaxından tanış olublar. Onlara Ankara Büyükşehir və Keçiören bələdiyyələri ərazisini əhatə edən özütikililərin yerində yeni parkların, fəvvarələrin salınması, yaşayış binalarının ucaldılması, eləcə də bələdiyyələr tərəfindən həyata keçirilən məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
Kursun yekununda iştirakçılara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE adından Sertifikatlar təqdim edilib.
Səfərin sonunda iştirakçılar Keçiören bələdiyyəsi tərəfindən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla anıblar.
Qeyd edək ki, Ankara səfərində ölkəmizdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli və 25 bələdiyyə sədri iştirak edib. Səfərdə Binəqədi rayonunu 2 bələdiyyə sədri - Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı təmsil edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info