“ABŞ hazırda müxtəlif ölkələrə hərbi
müdaxilə üçün yeni bəhanə axtarır və “dünyanın zəngin mədəni irsini qorumaq” çağırışı bu tələblərə cavab verir”
Yazıçı jurnalist Fiannian Kannihemin fikrincə, ABŞ hazırda müxtəlif ölkələrə hərbi müdaxiləyə əsas tapmaq üçün yeni emosional çağırışlara ehtiyac duyur.
O, hesab edir ki, Rusiya və İranın dəstəyi ilə Suriya-İraq qüvvələrinin “İŞİD”-ə qarşı əhəmiyyətli irəliləyiş əldə etdiyi bir vaxtda, ABŞ-ın “qədim mədəniyyət abidələrinin məhv edilməsini dayandırmaq” çağırışı daha çox bu əhəmiyyətli bölgəyə Qərbin yeni hərbi müdaxiləsinə haqq qazandırmaq niyyəti güdür. Kanniheminə görə, Qərb dövlətləri də ABŞ-ın bu ideyasından yararlanmağa, hərbi müdaxiləyə bəhanə kimi istifadə etmək istəyir: “Məncə, bu, elə belədir. Çünki onlarin ictimai rəyə siyasi təsir vasitəsi kimi istifadə etdiyi "insan hüquqlarının qorunması" bəhanəsinə etimad artıq tükənib, bu bəhanəyə inanan qalmayıb. Vaxtilə, Şimali Atlantika alyansı Liviyanı məhv edərkən, ABŞ və onun Avropadakı müttəfiqləri belə saxta iddialardan yararlanmışdı”. Ekspert hesab edir ki, Qərb müxtəlif ölkələrə hərbi müdaxilə üçün “müdafiə vəzifəsi” təşəbbüsündən dəfələrlə istifadə edib. Sadəcə, son iki onillikdə “insan hüquqlarının qorunması” kimi bəhanədən istifadə etmək ictimai rəyə təsirlə yanaşı, “soyuq müharibə” zamanı istifadə edilən vasitələrin dəyişməsinə hesablanmışdı: “Sovet İttifaqının süqutundan sonra ABŞ və NATO ölkələrinə imperialist müharibələr aparmaq üçün yeni ideoloji bəhanə lazım idi. Onlar da “terrorla mübarizə”, “kütləvi qırğın silahlarının məhvi”, “insan hüquqlarını qorumaq məsuliyyəti” kimi bəhanələrdən yararlanmağa başladılar. Amma belə ideoloji bəhanələrin bir pis tərəfi var ki, müəyyən müddətdən sonra etibarını itirir”. Onun sözlərinə görə, “soyuq müharibə” dövründə Rusiya “qlobal təhlükəsizliyə işğalçı təhlükə” kimi təqdim edilirdi. İndi isə ABŞ Rusiyaya qarşı başqa vasitələrdən istifadə edir. Amma bu bəhanələrə inananlar çox azdır: “Hazırkı mərhələdə ABŞ-a yeni həbi müdaxilə üçün bəhanə lazımdır ki, “dünyanın zəngin mədəni irsini qorumaq” çağırışı bu tələblərə cavab verir”.
Ağasəf Babayev
|