“Avropa Oyunları zamanı Daxili Qoşunlar bütün qüvvə və səylərini səfərbər edəcək”
Tarix: 13.03.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 23 il ötür. Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının məzarlarını və Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak edib.
Ramil Usubov şəxsi heyəti salamlayaraq, əlamətdar hadisə münasibətilə onları təbrik edib, Şərəf kitabına ürək sözlərini yazıb. Daxili Qoşunların 23 il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Şahin Məmmədov qeyd edib ki, döyüş əməliyyatlarında Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Qarabağ savaşında iştirak etmiş hərbi qulluqçulardan 9 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ümummilli Liderin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətindən kənarda qalmayıb, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb. Sözügedən qurumun yüksək döyüş hazırlığına malik olduğunu deyən Ş.Məmmədov qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, bütün hərbi hissələr müasir tipli silah və xüsusi vasitələr, döyüş sursatları, zəruri texnika və nəqliyyat vasitələri ilə təmin olunur. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidentinin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Silahlı Qüvvələrimizin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan nazir Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən biri olduğunu xüsusi qeyd edib. Ötən müddətdə paytaxtda keçirilmiş beynəlxalq idman yarışları və digər kütləvi tədbirlərdə Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları və digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmini üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla icra etdiklərini xatırladan R. Usubov bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib. Daha sonra xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin poqonları təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info