“Forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir”
Tarix: 13.03.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Türkiyə Baş Nazirinin böyük müşaviri professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə sədr Mübariz Qurbanlı bu yaxınlarda Türkiyəyə etdiyi səfərdən danışıb. Qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.
Hacı Bəkir Karlığa deyib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və hər iki ölkənin kədəri də, sevinci də eynidir. Qonaq BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ölkələrimiz arasında bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcək. Tolerantlıq baxımından bütün dünyaya nümunə olan və multikulturalizmin dövlət səviyyəsinə qaldırıldığı Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir.
Sonra Foruma hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi tədbirdə Azərbaycanın yüksək səviyyədə təqdimatı, komitənin bu sahədə görə biləcəyi işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə mühüm töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məsələlərin yüksək səviyyəli tədbirlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info