“Excelsior Hotel Baku”da “Baku Fashion Nights 2015” moda gecəsi olacaq
Tarix: 13.03.2015 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Martın 13-dən başlayaraq “Excelsior Hotel Baku”da 3 gün “Baku Fashion Nights 2015” tədbiri keçiriləcək. Tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası,“Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə iştirakçıları yaz-yay moda trendləri ilə qarşılayacaq. Martın 14-də modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən“ La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq.Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”in fəxri qonağıdır.
Martın 15-də vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk “Pert-a-Porter ” konseptli kolleksiyasını təqdim edəcək. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayruk gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözlədiyini bildirib.
Qeyd edək ki, tədbirlər 13,14 və 15 mart tarixlərində axşam saat 19.00-da “Excelsior Hotel Baku” otelində keçiriləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info