YAP Binəqədi Gənclər Birliyinin 22 illiyi
Tarix: 13.03.2015 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının yaradılmasının 22 illiyi və rayon partiya təşkilatının Gənclər Birliyinin növbəti IV hesabat-seçki konfransı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov və müavinləri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komisətinin sədri Eldar İbrahimov, millət vəkili Sevinc Fətəliyeva və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə iştirakçılar rayon partiya təşkilatının inzibati binasının önündə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov rayon partiya təşkilatının yaradılmasından 22 il keçidiyini, bu müddət ərzində bir çox uğurlara imza atıldığını bildirib. O rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçriidy tədbirlərdən danışıb. Daha sonra natiq konfrans iştirakçılarını rayon partiya təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində fəaliyyəti haqqında video filmə baxmağa dəvət edib. Sonra YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov Birliyin fəaliyyəti haqda məruzə xarakterli çıxış edib. Daha sonra Konfransda təşkilatı məsələlərə baxıldı, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 39 nəfərdən ibarət Şura, 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 7 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Səsvermə nəticəsində YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Mahmud Məmmədzadə Gənclər Birliyinin sədri, İdarə Heyətinin üzvləri Telman İmanov və Nəzirə Rzazadə isə sədr müavinləri vəzifəsinə seçilib. Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komisətinin sədri Eldar İbrahimov Konfras iştirakçılarını təbrik edib, Binəqədi rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını qeyd edib.
Çıxış edən millət vəkili Sevinc Fətəliyeva YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin yeni heyətini təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən Binəqədi rayon İcra hakimiyyətini başçısı Xaləddin İsgəndərov Gənclər Birliyinin IV seçki-hesabat konfransı münasibətilə yeni seçilmiş heyətə uğurlar arzulayıb. Xaləddin İsgəndərov ölkəmizdə Dövlət Gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını bildirdi, gənclərlə bağlı müxtəlif Dövlət Proqramlarının qəbulu haqda danışıb.
Sonda rayon partiya təşkilatının yaradılmasının 22 illiyi münasibətilə bir qrup şəxsə Fəxri Fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə onların partiya vəsiqələri təqdim edilib.
Konfransdan sonra Binəqədi rayon İcra hakimiyyətini başçısı Xaləddin İsgəndərov yeni seçilmiş heyətlə görüşüb və onlara gələcək işlərində uğurlar diləyib.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info