Kamal Abdullayev Bekir Karlığa ilə görüşüb
Tarix: 13.03.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə səfərdə olan Türkiyə Baş nazirinin baş müşaviri, Türkiyənin BMT-nin Sivilizasiyaların Alyansı üzrə Milli Əlaqələndirmə Komitəsinin sədri Bekir Karlığanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə dövlət müşaviri ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi və inkişafı məqsədi ilə görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural cəmiyyətdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən söz açıb. Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığı, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradıldığı qeyd edilib. Bundan əlavə, dövlət başçısının digər fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı, bu qurumların əsas məqsəd və məramlarının nədən ibarət olduğu qonaqların diqqətinə çatdırılıb.
Bekir Karlığa Azərbaycan ilə Türkiyə arasında olan dostluqdan və bütün sahələrdə birgə əməkdaşlıqdan söz açaraq Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımları qeyd edib. O, Prezident İlham Əliyevin dünya ictimaiyyəti qarşısında ən böyük xidmətlərindən birinin də Azərbaycanda multikulturalizmin inkişaf etdirilməsi olduğunu söyləyib. Baş müşavir, həmçinin hazırda gördükləri işlər, Azərbaycanda, eləcə də digər türk dövlətlərində reallaşdırmaq istədikləri layihələr haqqında məlumat verib.
Bekir Karlığa 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyətinin olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanda və Türkiyədə mövcud olan və eyni amala xidmət edən qurumların gələcəkdə birgə əməkdaşlığının qurulması, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info