Ziyafət Əsgərov: “Azərbaycana qarşı çirkin kampaniya aparanlar əbəs yerə “zəhmət“ çəkirlər”
Tarix: 13.03.2015 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


"Çox təəssüf ki, Azərbaycanda həmişə irimiqyaslı tədbirlər həyata keçiriləndə ölkəmizə qarşı çirkin kampaniyalar aparan insanlar üzə çıxırlar". Bunu açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qara piar aparmasını şərh edərkən deyib.
Z.Əsgərov bildirib ki, bu cür kampaniyalar nəticəsiz qalacaq və əbəs yerə onlar “zəhmət” çəkirlər: "Bilirsiniz ki, Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də ölkəyə qarşı belə qarayaxma kampaniyası başlamışdı, amma bu, tamamilə iflasa uğradı. Çünki bu qarayaxmanın heç bir əsası yoxdur, sadəcə olaraq Azərbaycanı gözü götürməyən qüvvələrin “işi”dir".
Onun sözlərinə görə, müəyyən beynəlxalq təşkilatlar, insanlar var ki, həmişə olduğu kimi yenə də istəyirlər ki, bu vəziyyətdən istifadə edərək Azərbaycanın artan inkişafına, dünyada artan nüfuzuna, imicinə ləkə yaxsınlar: "Azərbaycan həm iqtisadi, həm siyasi, həm humanitar baxımdan sürətlə inkişaf edən ölkədir və təbii ki, bunu gözügötürməyən insanlar var, beynəlxalq təşkilatlar da var. İstəmirlər ki, Azərbaycan bu sürətlə inkişaf etsin. Bilmirlər ki, neyləsinlər və bu cür tədbirlər keçiriləndə, Azərbaycana qarşı qarayaxma aparmağa çalışırlar. Amma yenə də haqq-ədalət öz yerini tapır, Azərbaycan öz inkişafı ilə gedir".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info