Şura 2015-ci il birinci maliyyə müsabiqəsinə yekun vurub
Tarix: 13.03.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev 2015-ci il birinci maliyyə yardımı müsabiqəsinin yekunları ilə bağlı fikirlərini açıqlayıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci il birinci maliyyə müsabiqəsinin 11 dekabr 2014-cü ildə elan olunduğunu və 15 yanvar 2015-ci ilədək QHT-lərin ərizələrinin qəbul edildiyini bildirib. Qeyd olunan dövrdə Şuranın elektron məlumat bazasına 584 layihə təklifi daxil olub ki, bunların 75-i müsabiqənin qayda və şərtlərinə cavab vermədiyi üçün texniki seleksiyadan keçməyib. 509 QHT-nin layihəsi isə ekspertizaya göndərilib. Seleksiyadan keçməyən QHT-lərə elektron bildiriş göndərilib və layihənin qeydə alınmamasının səbəbi göstərilib.
Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Gülnarə Hüseynova iclasda çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təklif və rəylərini bildiriblər.
Şura geniş müzakirələrdən sonra büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 387 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib.
Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.azsaytlarında yerləşdiriləcək.
İclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr 19 mart 2015-ci il saat 18:00-dək qəbul ediləcək.
Azay Quliyev iclasda Şuranın 2013-cü ildən başladığı “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Şura sədri beynəlxalq kampaniyanın loqosunun hazırlanması məqsədi ilə müsabiqə elan edilməsi haqqında təklifini səsləndirib. Müzakirələrdən sonra loqo müsabiqəsinin Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı vasitəsi ilə elan edilməsi və müvafiq maliyyə vəsaitinin ayrılması qərara alınıb.
Sonda cari məsələlər müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb
25.04.2019
Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info