YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Tarix: 13.03.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Rayon rəhbərliyinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvlərinin, tələbə-gənclər təşkilatlarının sədrləri və partiya fəallarının qatıldığı konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı hesabat məruzəsi ilə çıxış edərək təşkilat tərəfindən ötən dövründə görülmüş işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından söz açıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına töhfə verdiyini diqqətə çatdırıb. A.Fərzəliyev Azərbaycan gənclərinin partiyanın müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu bildirib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın sıralarında gün-gündən artan gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayıb. Deputat ölkə gənclərinin demokratikləşmə prosesində fəal iştirak etdiyini, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dövlətimizin gənclərə verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclərin ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə edib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edib.
Tədbirdə hesabat dövründə görülən işlər qənaətbəxş hesab edilib, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətlərində, ölkənin, o cümlədən rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etmələri tövsiyə olunub.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info