Rabitə xidmətləri sahəsində istehlakçı hüquqları müzakirə edildi
Tarix: 13.03.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində dəyirmi masa keçirilib. “Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusuna həsr olunmuş Dəyirmi Masada aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dövlət xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. Hazırda istehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Qeyd edilib ki, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması Dövlət Xidmətinin qarşısında duran başlıca vəzifədir. Mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb. Dövlət Xidmətinin rəisi Zahid İsayev rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti barədə məlumat verib.
Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu qeyd edilmiş və Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2014-cü ildə Bakıda və regionlarda 14 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 10 seminar keçirilib, sahibkarlara və istehlakçılara 22 adda 100 minə yaxın buklet və yaddaş kitabçaları paylanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə həmçinin, yerli və beynəlxalq təşkilatların, mobil operatorların, internet provayderlərin, mobil telefon cihazlarının satışını həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info