“Beynəlxalq aləm Ermənistanın qanunsuz hərəkətləri, qondarma məhkəmə qurmalarına susur”
Tarix: 13.03.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev: “Ermənistanın məhkəmə və hüquq sistemi bərbad vəziyyətdədir”

“Ermənistanın özündə məhkəmə və hüquq sistemi bərbad vəziyyətdədir. Əvvəla, Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbs etmək, məhkəmə qarşısına çıxarmaq kimi səlahiyyətlər qondarma qurumda yoxdur. Ona görə ki, o ərazilər Azərbaycana məxsusdur və bunu da bütün dövlətlər, beynəlxalq təşkilatlar təsdiq edib”. Bu fikirləri politoloq Ramiz Alıyev səsləndirib. Onun sözlərinə görə, hər iki həmyerlimiz də öz doğma yurdlarına gediblər, kimsə onlara deyə bilməz ki, sən niyə öz anadan olduğun torpağı ziyarətə gedirsən: “Bunu təbii ki, həmin separatçılar və Ermənistan dövləti bilir. Onlar gündə oyuncaq bir qurumun adı ilə məhkəmə şousu düzəldərək dünyada kağız üzərində olan beynəlxalq hüquq normalarını saymadıqlarını bəyan etmiş olurlar. Digər maraqlı məsələ də ondan ibarətdir ki, Azərbaycan tərəfi demək olar ki, bütün beynəlxalq tədbirlərdə Ermənistanın qanunsuz hərəkətləri, qondarma məhkəmə qurmaları, haqsız yerə həmyerlilərimizin girov götürülməsini diqqətə çatdırır. Ancaq hər zaman olduğu kimi, onlar susur, elə bil belə qanunsuzluqların olması gözləniləndir. Sanki ermənilərin qarşısında acizdirlər. Lakin həmin beynəlxalq təşkilatlar və adını hüquq müdafiəçisi qoymuş qurumlar anlamalıdır ki, acizlik mövqeyi nümayiş etdirdikləri müddətdə Azərbaycan öz hərbi gücü ilə həm tarixi torpaqlarını, həm də girov götürülmüş vətəndaşlarını azad edəcək. Onda Ermənistan adlı bir dövlətin mövcudluğu sual altında qala bilər".
R.Alıyev qeyd edib ki, onsuz da heç bir ölkə tərəfindən tanınmayan qondarma bir qurumun "məhkəmə"si də tanınmayacaq: "Ümumiyyətlə, Ermənistanın özü belə o qondarma qurumu rəsmən tanımır. Bu, bir daha sübut edir ki, həmin qondarma rejim erməni terrorçuları tərəfindən yaradılan oyuncaq, müxtəlif "tamaşalar" göstərildiyi bir qurumdur".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info