“Kapital Bank” I Avropa oyunlarının sonuncu rəsmi tərəfdaşı təyin edilib
Tarix: 13.03.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək ilk Avropa Oyunlarına Rəsmi Pərakəndə Bank qismində xidmətləri təmin etmək üçün “Kapital Bank”la müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Kapital Bank” I Avropa oyunlarının 8-ci və sonuncu rəsmi tərəfdaşı təyin edilib.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bununla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, “Kapital Bank” milyonlarla azərbaycanlının gündəlik həyatının bir hissəsini təşkil edir: “Bu bank ümummilli səviyyədə güclü mövqeyə malikdi. Bu yay ölkə üçün böyük bir hadisə sayılan ilk Avropa Oyunlarında “Kapital Bank”ın öz rolunu oynayacağı anı səbirsizliklə gözləyirəm”.
“Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev bu anlaşmadan məmnunluq duyduğunu ifadə edib: “Bakı-2015” Avropa Oyunlarının Rəsmi Tərəfdaşı kimi Azərbaycan tarixinin bir hissəsinə çevrilmək “Kapital Bank” üçün böyük fəxrdi. Bizim niyyətimiz milyonlarla müştərimizi “Bakı-2015”in Azərbaycana gətirəcəyi həyəcana qatmaqla, ilk Oyunların uğuruna fəal şəkildə dəstək göstərməkdi”.
“Bakı-2015”in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bu anlaşma ilə məqsədlərinin Avropa Oyunlarına mümkün olduğu qədər çox insanı cəlb etmək olduğunu vurğulayıb: “Komandamızın Rəsmi Tərəfdaşlar siyahısını “Kapital Bank”la tamamlamağımız “Bakı-2015”lə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasına kömək edəcək”.
Əlavə edək ki, “Kapital Bank” “Bakı-2015”in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici valyutadəyişmə aparatları yerləşdirməklə, tamaşaçılar, mətbuat nümayəndələri və idmançılar üçün xidmət təmin edəcək.
Qeyd edək ki, “Bakı-2015”in digər Rəsmi Tərəfdaşları Azərbaycan Hava Yolları, BP, “Coca-Cola”, “Nar Mobile”, P&G, ARDNŞ və “Tissot” şirkətləridi.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info