Xarici ölkələrin QHT-ləri “Şuşaya azadlıq” istəyirlər
Tarix: 13.03.2015 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Ötən il start verilən “Şuşaya azadlıq” beynəlxalq kampaniyasına xarici ölklərdən qoşulan QHT-lərin sayı artmaqdadır. Bu haqda "Şuşaya azadlıq" kampaniyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Asif Əsgərli qəzetimizə məlumat verib.
Xatırladaq ki, bu kampaniya il bağlı keçən il Ukrayna, Bolqarıstan, Moldova, Belarus, Latviya, Türkiyə, Koreya, Gürcüstan QHT-ləri bəyanat verib “Şuşaya azadlıq” kampaniyasına qoşulduqlarını və erməni vandallarının Şuşanın mədəni irsinin dağıdılmasına yönələn hərəkətlərini pisləmişdilər. Analoji bəyanatı bu il də Türkiyə, Bosniya Herseqovina (buradan 2 QHT), Latviya, Ukrayna və Yunanıstandan 9 QHT verib.
Qeyd edək ki, bəyanatda Şuşanın Ermənistan tərəfindən işğal olunduğu bildirilir və haqqında məlumat verilir və beynəlxalq təşkilatların bu fakta laqeyd, etinasız mövqe göstərməsi vurğulanır: “Bir çox hallarda Dağlıq Qarabağ, o cümlədən, Şuşa həqiqətləri barədə dünya ölkələri, xüsusilə də vətəndaş cəmiyyəti institutları az, səhih məlumatlara malikdirlər. Biz, erməni vandallarının Şuşadakı bu barbar hərəkətlərini pisləyir, Şuşanın tarixi, mədəni irs abidələrinin dağıdılmasına öz etirazımızı bildirir və bunların dayandırılmasına səslənirik. Mədəni irsi qorumalıyıq ki, sülhlə gələcəyə nail olaq. Buna son qoymaq üçün əl-ələ verək və gücümüzü birləşdirək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info