“Azərbaycan millisini yaxşı tanıyırıq“
Tarix: 14.03.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Nikbin əhvali-ruhiyyədəyik. Elit-raunda vəsiqə uğrunda yarışda keçirdiyimiz üç görüşün hamısında qələbə qazandıq. Bunun üçün xoşbəxtik".
Bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Filipe Ramos deyib. Portuqaliya mətbuatına danışan təcrübəli mütəxəssis Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarında qarşılaşacaqları Azərbaycan millisini yaxşı tanıdığını bildirib: "Bilirik ki, bu dəfə işimiz daha çətin olacaq. Çünki rəqiblərimizi yaxşı tanıyırıq. Serbiya, Xorvatiya və Azərbaycanın gücünə bələdik. Yenə keçirəcəyimiz hər üç oyunda qalib gəlsək, əla olar. Mümkün olan və olmayan hər şeyi edəcəyik ki, final mərhələsinə vəsiqə qazanaq. Komandanın potensialı buna imkan verir". Qeyd edək ki, martın 17-də Serbiya ilə qarşılaşacaq Portuqaliya yığması iki gün sonra millimizlə üz-üzə gələcək. Filipe Ramosun komandası turnirdə son oyununu martın 22-də Xorvatiyaya qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info