Almanların əksəriyyəti Yunanıstanın avrozonadan çıxmasının tərəfdarıdır
Tarix: 14.03.2015 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Almaniyada aparılan araşdırmalara görə, ölkə əhalisinin əksəriyyəti yunanıstanlı baş nazir Aleksis Çsiprasın siyasətini başa düşmür. Almaniya əhalisinin böyük hissəsi, dəqiq desək 52 faizi Yunanıstanın avrozonadan çıxmasının tərəfdarı kimi çıxış edib. Bunu alman telekanalı «ZDF» tərəfindən aprılan sorğu təsdiq edir.
Sorğu iştirakçılarının 40 faizi hazırda dərin böhran keçirən bu ölkənin vahid valyuta məkanında saxlanılmasını istəsə də, sorğu iştirakçılarının 8 faizi bu məsələdə bitərəf qalmağa üstünlük verib. Bütün bunlar deməyə əsas verir ki, almanların əksəriyyəti Yunanıstanın yeni baş naziri barədə az məlumatlıdırlar. Xatırladaq ki, hələ bir ay əvvəl vəziyyət bunun əksini göstərirdi. Belə ki, həmin ərəfədə 1200 alman arasında aparılan sorğu zamanı respondetlərin 52 faizi avrozonanın vahidliyinin tərəfdarı olduğunu qeyd etmiş, yalnız 41 faizi Afinanın üzvlükdən çıxmasını istəmişdi. Qeyd edilməlidir ki, son zamanlar yunan siyasətçiləri İkinci Dünya müharibəsi zamanı millətçi-sosialistlərin cinayətlərinə görə təzminat ödənilməsi məsələsini daha çox qabardırlar. Belə görünür ki, almanların Yunanıstana münasibətinin dəyişməsinə bu amil də öz təsirini göstərib. Yunanıstan parlamentinin bəzi nümayəndələrinin hesablamalarına görə, Almaniya Federativ Respublikası böhran keçirən Yunanıstana 1938-ci il qiymətləri ilə 7,1 milyard dollar, yəni indiki qiymətlərlə faizsiz 108 milyard avro ödəməlidir. Berlin isə öz növbəsində 2012-ci ildə İtaliyanın Almaniyaya analoji tələbinin əsassız sayıldığı hüquqi presedentə əsaslanaraq bu tələblərin qanunsuz olduğunu bildirib. Afinanın bu tələbini “mənəvi qəsb” kimi xarakterizə edən alman mətbuatı, faşistlər tərəfindən törədilən cinayətlərin qabardılmasını almanların yaralı yerinə toxunmaq kimi qəbul edirlər. Almaniya mətbuatı hesab edir ki, yunanıstanlı baş nazir bu addımla ağır sosial şəraitdə yaşayan əhaliyə seçki ərəfəsində verdiyi vədlərdən diqqəti yayındırmağa çalışır. Bu arada Almaniyanın maliyyə naziri Volfanq Şoyble də Yunanıstanın avrozonadan çıxa biləcəyini istisna etməyib. O, “Die Welt” nəşrinə verdiyi açıqlamada deyib: “Müəyyən qərarlar üçün məsuliyyət yalnız Yunanıstan üzərinə düşür”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info