Region gəncləri hüquqlarla bağlı maarifləndirilib
Tarix: 16.03.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Bakıda “Sənin hüququn”- region gənclərinin hüquqi maarifləndirilməsinə dəstək layihəsini yekunlaşdırıb. Bu gün Xəzər rayonu Gənclər və İdman İdarəsində layihənin yekunlarına dair hesabat konfransı keçirilib. Konfransı Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev açaraq, gənclərin bu layihə çərçivəsində göstərdikləri fəallıq onların layihəyə olan böyük maraqlarını vurğulayıb. Bu layihə müddətində gənclərin topladığı təcrübənin onlar üçün böyük önəm daşıdığını və gələcəkdə öz hüquqlarını bilməkdə onlara yardımçı olacağını nəzərə çatdırıb. Daha sonra Xəzər rayon Məşğulluq Mərkəzinin əməkdaşı Elvin Məmmədov cıxış edərək, gənclərin əmək hüquqları, onların əmək birjalarında iştirak formaları və müraciət etmə qaydaları barədə suallarını ətraflı cavablandırıb. Konfransın gedişatında gənclərə sorğu vərəqələri paylanmış onların layihədə topladığı biliklər barədə sorğu vasitəsilə məlumat toplanıb.
Konfransın sonunda Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova iştirakçılara layihədə göstərdikləri aktivliyə görə öz təşəkkürünü bildirib və gələcəkdə də belə layihələrin ən ucqar regionlarda da davam etdirəcəklərini və daha çox region gənclərinin bu tipli layihələrə qoşulmasının vacibliyindən danışaraq konfransı bağlı elan edib.
Qeyd edək ki, layihənin əsas məqsədi Bakı şəhərində region gənclərinin təhsil sahəsindəki real durumunun aşkarlanması, gənclərin təhsil hüquqlarına dair maarifləndirilməsi və hüquqlarının müdafiəsidir.
Layihə çərçivəsində təlimlər və maarifləndirilmə tədbirləri həyata keçirilmişdir, region gənclərin təhsil sahəsindəki real durumu aşkarlanmış və onların həlli yolları araşdırılıb. Layihə 15 dekabr 2014 – 15 mart 2015 tarixlərində Bakı şəhəri Xəzər rayonunda həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info