TUMİB Xaçmaz gənclərini zərərli vərdişlərdən çəkinməyə çağırıb
Tarix: 16.03.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layhə çərçivəsində bu gün Xaçmaz şəhərində gənclərin iştirakı ilə konfrans keçirib.
Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov tədbiri açaraq, son illər ölkəmizdə gənclərin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən baş məsləhətçi analoji tədbirləri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib.
Xaçmaz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elman Məmmədov təmsil etdiyi qurumun gənclərin fərdi bacarıqlarını üzə çıxarmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib. E.Məmmədov deyib ki, xaçmazlı gənclər rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
TUMİB sədi Çingiz Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq barədə maarifləndirmə işi aparmaqdır: “Azərbaycan hökuməti gənclərimizin sağlam həyat tərzini mənimsəməsi üçün müxtəlif tədbirlər həyata keçirir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçiirlməsi bu siyasətin əsasını təşkil edir. Vətəndaş cəmiyyəti institutlarının vəzifəsi bu siyasəti dəstəkləmək, onun icrasına töhfə verməkdir”.
TUMİB sədri gəncləri öz sağlamığının qeydinə qalmağa və təbii qidalarla qidalanmağa səsləyib.
TUMİB-in İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə cəmiyyətin həyatında region gənclərinin rolunun artırılmasına ehtiyac olduğunu deyib. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimiz arasında bütün sahələrdə, o cümlədən sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işinin aparılması çox vacibdir. “Sağlamılıq hamıdan çox sizin özünüzə lazımdır”, - deyən natiq gəncləri idmanla məşğul olmağa və zərərli vərdişlərdən çəkinməyə çağırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin şəxsi rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Sonda natiqlər tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info