Ermənistanda polislər ərzaq mağazasını qarət ediblər
Tarix: 16.03.2015 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Ermənistanın Xüsusi İstintaq Xidməti iri məbləğdə qarətlə bağlı erməni polislərin üzərində cinayət işi qaldırıblar. Həmin qurumun mətbuat xidməti bildirib ki, Ermənistan polisinin üç əməkdaşı əvvəlcədən əlbir olaraq ərzaq mağazasının pəncərəsini qırıb içəri daxil olublar. Onlar bir milyon dram dəyərində ərzaq məhsulu oğurlayıblar. “News.am” yazır ki, polis əməkdaşları olan Qurgen M. Qeqam N. və Arsen B.-yə cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, erməni polislərinin də oğurluq peşəsinin sirlərinə yiyələnmələrinin əsas səbəbi bu ölkədəki ağır iqtisadi vəziyyətlə bağlıdır. Dünən yayılmış bir xəbərdə deyilir ki, regionlardan o cümlədən də işğal olunmuş Qarabağdan İrəvana kartof gətirən kəndlilər çətin duruma düşüblər. Kəndlilər mallarını sata bilmirlər. Onlar bildiriblər ki, alıcılıq qabiliyyəti aşağı düşüb, camaatda pul yoxdur. “Adam var ki, ticarət də olsun? Təkcə bazar yox, bütün Ermənistan birgünlük çörək uğrunda vuruşur. Vəziyyət dəhşətlidir”- deyə onlardan biri bildirib.
Onlardan biri deyib ki, ən yaxşı halda geri qayıtma pulunu birtəhər çıxara biliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info