“İş yerinə dair arayış” e-xidməti vasitəsilə 40 minə yaxın şəxsə elektron arayış verilib
Tarix: 16.03.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari ilin 1 mart tarixinədək 39281 nəfər vətəndaşa iş yerinə dair elektron arayış verilib.
Vətəndaşlar “İş yerinə dair arayış” elektron xidmətindən istifadə etməklə, iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilərlər. Bunun üçün işəgötürənə müraciət edilməsinə artıq ehtiyac qalmır. İş yerinə dair verilən elektron arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar da əhatə olunur. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər.
Xatırladaq ki, dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən ötən ilin ortalarından əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılıb. Sistemdə əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı formalaşan dolğun məlumat bazası əsasında “İş yerinə dair arayış” elektron xidməti istifadəyə verilib ki, hazırda bu e-xidmət vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlərdən biridir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info