Ermənistanın ifşa olunmaq qorxusu
Tarix: 16.03.2015 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Hikmət Hacıyev: “Əsir və girovluqda olan 4 mindən artıq soydaşımız barəsində məlumatı bilavasitə Ermənistan tərəfi verməlidir”

Qarabağ müharibəsinin ağır faciələrindən biri də ermənilər tərəfindən dinc sakinlərin və hərbçilərin girov götürülməsi, onların öldürülüb kütləvi məzarlıqlarda basdırılmasıdır. Ermənilərin azərbaycanlılara qarşı bu cür qeyri-insani əməllər etməsini əsirlikdən xilas olanların dedikləri də təsdiqləyir. Şahidlər ermənilərin, hətta bizim əsirləri öldürdükdən sonra meyitləri bir yerə yığıb yandırdıqlarını da deyirlər.
Məhz bu kimi çirkin əməllərinə görədir ki, Ermənistan tərəfi 4 min nəfərdən çox əsir və girovlarımızın qaytarılması ilə bağlı hər hansı əməkdaşlıqdan yayınır. Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında 2008-ci ilin aprelində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi imzalanıb. Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Bu sazişə Ermənistan da qol çəkib. Lakin Ermənistan tərəfindən hələ ki, əməli addım atılmır.
Qeyd edək ki, keçən ilin oktyabrında Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə həm də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsi müzakirə olunub. Prezidentlər F. Olandın müraciətini və təklifini nəzərə alaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəçiliyi ilə iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlığın qurulması, habelə informasiya mübadiləsinin aparılması barədə razılıq əldə ediblər. Razılaşmaya uyğun olaraq, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib. Dövlət Komissiyasından bildirilib ki, görüşdə hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə edilib və razılıq əldə olunub. Dövlət komissiyasının sədri işçi qrupuna bu istiqamətdə lazımi göstərişlərini verib. “Lakin Ermənistanın aidiyyəti Komissiyası sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirsə də, reallıqda bunun üçün heç bir konkret addım atmır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu istiqamətdə heç bir irəliləyiş əldə etmək mümkün olmur. Ermənistan tərəfi razılaşmaya uyğun olaraq əməkdaşlıqdan yayınmasının səbəbləri ilə bağlı hər hansı məntiqli izahat verməkdən çəkinir və faktiki olaraq pozucu mövqe nümayiş etdirir. Ehtimal olunur ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə axtarış-araşdırma işlərini səthi aparıb və bu səbəbdən də hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib”, - deyə Dövlət Komissiyasından bildirilib.
Ermənistanın bu susqunluğu rəsmi Bakını narahat edir. Rəsmi İrəvanın Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi qeyri-konstruktiv mövqe bu məsələdə də özünü göstərir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qəzetimizə bildirdi ki, əsir və girovluqda olan 4 mindən artıq soydaşımız barəsində məlumatı bilavasitə Ermənistan tərəfi verməlidir: “Çünki onlar Ermənistan tərəfindən əsir götürülüb və bu günə qədər də məlumat verilmir. Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də öz qeyri-humanist siyasətinə sadiq qalaraq bu məsələdə əməkdaşlıqdan qaçmaq xəttini yürüdür. Ermənistan tərəfindən bu məsələ ilə bağlı əməkdaşlıq edilmir və hər hansı niyyət ortaya qoyulmur. Çünki 4 mindən artıq insanın taleyi barədə məlumat verməyə məsul olan Ermənistandır və buna görə də Ermənistanın beynəlxalq hüquq əsasında məsuliyyəti var”.
Onun sözlərinə görə, bu kimi addımlarına görə də Ermənistan tərifi insan hüquqlarına dair fundamental sənədləri kobud şəkildə pozmuş bir dövlətdir: “Məlumatlar var ki, azərbaycanlı əsirlərin Ermənistan tərəfindən kütləvi şəkildə öldürülməsi halları həyata keçirilib. Öldürüldükdən sonra da bu insanlar kütləvi məzarlıqda basdırılıb. Ona görə də indi Ermənistan tərəfindən bu kütləvi məzarlıqlar haqqında məlumat verilməli, bu məzarlar açılmalı və oradakı qalıqların məhkəmə tibbi ekspertizası nəticəsində kimliyi müəyyən edilməlidir. Bu vasitə ilə 4 mindən atıq insan arasında öldürülmüşlər varsa, onların taleyinə aydınlıq gətirə bilərik. Ailələr var ki, 20 ildən artıqdır öz qohumları, övladları haqqında məlumatlar gözləyirlər. Bu, sırf humanitar addımdır. Amma bu humanitar missiyanın fövqündə Ermənistan tərəfindən tamamilə himanizmdən, insani dəyərlərdən kənar olan bir siyasət yürüdülür”.
H.Hacıyev deyib ki, Ermənistan beynəlxalq siyasətdə və BMT sistemindən siyasi möhtəkirliklə məşğul olan dövlətdir: “2014-cü ilin dekabr ayında BMT Baş Assambleyasında məhz Azərbaycanın da yaxından dəstəklədiyi itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul olunub. Ermənistan da vicdan hissi keçirməyərək bu qətnaməyə həmmüəllif kimi qoşulub. Həmin qətnamənin əsas şərtlərindən biri də odur ki, münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli və bu məsələdə əməkdaşlıq edilməlidir. Eləcə də əgər öldürülmüş insanlar varsa, onların qalıqları araşdırılmalı və onların taleyinə bir aydınlıq gətirilməlidir. Ermənistanın bu məsələdə də qeyri-humanist siyasət həyata keçirməsi ancaq və ancaq siyasi möhtəkirlik xarakteri daşıdığını bir daha göstərir”.
Ermənistan növbəti dəfə ifşa olunmaqdan ehtiyatlanır. Çünki bu məzarlıqlar açılsa, beynəlxalq birlik bir daha Ermənistanın insan qatili olmasını açıq-aydın görəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info