Saxta demokratlar
Tarix: 16.03.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar və KİV-lər ölkəmizi hədəfə alıblar. Çox təəssüf ki, ölkə daxilində Qərbin bu yalanlarının yayılmasına dəstək verənlər də var. Sanki bunu gözləyirmiş kimi antiazərbaycan şəbəkənin əlinə yaxşı fürsət düşüb. Bəzi yerli və xarici KİV-lər eyni mənbələrə bağlı olaraq, eyni mənbədən maliyyələşərək Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli kampaniya aparırlar. Qeyd olunmalıdır ki, Qərb təşkilat və mediasını bu həqiqətəuyğun olmayan informasiyalarla Azərbaycan müxalfəti təmin edir. Digər tərəfdən, müxalifət KİV-ləri belə yalanları “böyük sevinclə” tirajlayırlar. Belə olanda da, ölkəmizin inkişafından məmnun olmayan müxalifət xarici dairələrin sifarişlərini yerinə yetirənlərə çevrilirlər.
Əlbəttə ki, müxalif mediada verilən dezinformasiyalar ölkə ictimaiyyəti tərfindən heç də müsbət qarşılanmır. Belə ki, müxtəlif ictimayyət nümayəndələri tərəfindən bu yazıları qınayan şərhlər verilir. Lakin əksər hallarda bu şərhlər “Azadlıq” qəzetinin saytından silinir. Misal olaraq qeyd edim ki, mənim yazdığım təxminən on şərhdən 8-i silinir. Hətta sonradan bunun səbəbini soruşduqda belə, cavab verilmir. Bu o deməkdir ki, cavab verəsi adamları yoxdur. Ən vacib amilsə budur ki, verilən şərhlərə dözə bilmirlər. Hər halda xaricdəki havadarları da bu şərhləri oxuyurlar. Görünür, onlara göndərdikləri yalanlarının üstünün açılmasınadan qorxular. Şərhləri pozan müxalifət mediası, ümumiyyətlə beynəlxalq və yerli ictimaiyyətin qınağından ehtiyatlanır. Budurmu onların demokratiyaya verdiyi qiymət? Özləri demokratiyadan danışırlar, amma insanların azad söz demək hüquqlarını əllərindən alırlar. Bunların demokartik dəyərlərə münasibəti şərhləri pozmalarından aydın görünür. Adi bir şərhə bu qədər dözümsüzluk göstərənlər, nə üzlə hakimiyyət davası edirlər? Bizim müxalifət üçün demokratiya bir oyundur: həm xalqla, həm də Qərblə bu oyunu oynayırlar. Lakin həqiqət üzə çıxanda oyunpozanlıq edirlər. Necə ki, şərhləri də belə pozurlar.

Fuad Hüseynzadə







 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info