Gənclər Mərkəzi İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 14-16 mart 2015-ci il tarixlərində Qax rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Mərkəzi İB-nin sədri İqbal Mirzəyev ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Prezident yanında Gənclər Fondunu haqqında geniş məlumat verib. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənclərlə ölkəmizə gələcək xarici turistlər arasında kommunikasiyanın yaradılması, ikitərəfli əlaqələlirin genişləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, turizm obyektlərində işçi personalın peşəkarlıq səviyyəsinin artırılması və digərləri olub. Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri Pərviz Nəsirov və digər ekspertlərin çıxışı dinlənildi. İştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara Avropa oyunları ilə bağlı lazımı məlumatların yer aldığı bukletlər, broşurlar və cib təqvimləri təqdim olunub.
Fuad
|