Müxalif başçılar dünyadakı proseslərin mahiyyətini anlamırlar
Tarix: 16.03.2015 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Kərimli iqtisadiyyata zorakı bolşevik baxışını ortaya qoydu

Özlərini liberal dəyərlərin carçıları və daşıyıcıları kimi göstərməyə çalışan müxalifət başçılarının əslində əsl bolşevik təfəkkürünə malik olduqları və iddia etdikləri sözügedən dəyərlərin mahiyyətini anlamadıqları tez-tez ən sarkastik şəkillərdə üzə çıxır. Məlum olur ki, bu adamlar dünyada baş verən iqtisadi, siyasi proseslərin mahiyyətini anlamırlar. Buna bariz nümunə kimi AXCP sədri Əli Kərimlinin təfəkkürünü göstərmək olar. Bu şəxs öz aləmində guya dövlətə iradlar tutur, maaşların qaldırılmasını tələb edir, devalvasiya qərarının geri götürülməsinə, dövləti qiymət artımına son qoymağa çağırır, bazara nəzarətin daha da gücləndirilməsinə səsləyir. Göründüyü kimi, burada sırf solçu-bolşevik təfəkkürü ilə dövlətin bütün iqtisadi prosesləri öz nəzarətə alması tələbi var. Halbuki normalda dövlət, bir sıra nüansları, məsələn, kommunal xidmətlər kimi sferaları çıxmaq şərtilə, qiymətlərə nəzarət etməməlidir, azad bazar rəqabətinə şərait yaratmalıdır. Bazar qiymətləri də azad rəqabət şəraitində formalaşmalıdır. O da məlumdur ki,Azərbaycan dövləti dünyada baş verən belə bir böhran şəraitində sözügedən sahədə optimal tədbirlər həyata keçirdi ki, istər əhali, istər dövlət, istərsə də sahibkarlar zərər çəkməsin. Bu tədbirlər bütün parametrlər nəzərə alınmaqla, tam qanun çərçivəsində və dünya təcrübəsinə əsaslanmaqla həyata keçirildi və effektli oldu. Amma belə görünür ki, Kərimli kimi müxalif başçılar bazar iqtisadiyyatının, dünyada baş verən iqtisadi proseslərin mahiyyətinin nə olduğunu dərk etmək səviyəsində deyillər. Bu adamlar hər şeyə özlərinin zorakı düşüncələrilə yanaşır, iqtisadi məsələləri də öz bolşevik “arşınları” ilə ölçürlər. Bu isə bir daha sübut edir ki, müxalif başçıların düşüncə tərzi, dəyişən, inkişaf edən dünyanın tələblərinə, yeni standartlara, çağırışlara cavab vermək, bu yeniliklərin və obyektivliklərin mahiyyətini və dinamizmini anlamaqda yararsızdır. Buna görədir ki, onlar hər şeyi nəzarətə almaq, hər şeyə əl qoymağa çağırmaqla sırf zorakı bolşevik düşüncəli insanlar, həmçinin siyasi oriyentir baxımından da demokratik dəyərlərə zidd olduqlarını ortaya qoymuş olurlar...
Elə isə Qərbdəki dairələr üçün belələri hansı baxımdan diqqət çəkə bilər? Bu cür şəxslər nəyə görə hələ də Qərbin “beşinci kolonu” rolunu oynamaqda davam edirlər?
Təbii ki, Qərbdəki dairələrin özlərindən başqa, hər hansı postsovet ölkəsində, yaxud Müsəlman Şərqində güclü və demokratik, iqtisadi və siyasi baxımdan suveren olan dövlət görmək istəkləri yoxdur. Əksinə, onlar buna qarşıdırlar və müstəqil milli inkişaf yolu tutmuş ölkələrə müxtəlif vasitələrlə mane olmağa, onların inkişafını dayandırmağa çalışırlar. Bu işdə onlar üçün əsas alət rolunu isə məhz bu cür iqtisadi-siyasi proseslərdən başı çıxmayan “beşinci kolon” nümayəndələri oynayır. Danılmaz faktdır ki, Qərb dairələri özlərinin maraqlarına uyğun gələndə, hətta, ən qatı ekstremistlər, faşistlər və rasistlərlə də əlbir olur. Çünki onlara demokratik düşüncəlilər yox, demokratiya maskası taxdırılmış marginallar lazımdır. Məsələn, bu gün biz Ukraynada hakimiyyətə gələn faşistmeyilli millətçilərin timsalında “demokratlar”ı görürük. Bu gün məhz onların “xidməti” sayəsində Ukrayna al-qana boyanıb, torpaqlarının yarıya qədəri itirilib, Ukraynada digər mədəniyyət və dillər sıxışdırılmağa, fərqli düşünənlər təqib edilməyə başlayıb. Bu isə bir daha göstərir ki, Qərbə həqiqi demokratik düşüncəli və milli mənafelərə əsaslanan, iqtisadi-siyasi proseslərin mahiyyətini dərindən bilən və öz ölkəsinin maraqlarından çıxış etməyi bacaran ekspertlər, siyasilər lazım deyil. Onlara radikal və zorakı təfəkkürlü şəxslər lazımdır ki, müstəqil siyasət yürüdən ölkələrdə hakimiyyətlərə qarşı istifadə etsinlər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info