Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq
Tarix: 16.03.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə səfərdən öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirib. Rektor Elmar Qasımov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. Elmar Qasımov ümummilli lider Heydər Əliyevin hələ 1983-cü ildə Sovet İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfərini xatırlatdı, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində onun Vyetnam xalqını dəstəklədiyini deyib. Rektor, həmçinin iki ölkə arasında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlığın bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında Prezident İlham Əliyevin 18 may 2014-cü ildə Vyetnama səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə növbəti mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin VIETSOVPETRO şirkəti ilə əməkdaşlığının bunun məntiqi davamı olduğunu deyib. BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib.
Öz növbəsində, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Azərbaycanda və BANM-də olmasından məmnunluq ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova öz dərin təşəkkürünü bildirib. O deyib ki, Vyetnam xalqı Heydər Əliyevin etdiyi əvəzsiz xidmətləri heç zaman unutmur. Həmin dövrdə Vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu deyib. Həmin tələbələrdən biri olduğunu və neft-qaz mühəndisi kimi formalaşmaq üçün Azərbaycanda təhsil alaraq məhz burda yetişdiyini vurğulayıb. Ti Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. BANM ilə imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirərək, nüfuzlu Ali Məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib. O, həmçinin VIETSOVPETRO şirkəti haqqında geniş məlumat verərək, baş ofisi Vyetnamın Vunq Tau şəhərində yerləşən şirkətin 1981-ci ildə təsis edildiyini bildirib. Bu şirkətin ölkəsinin 5-ci ən böyük şirkəti olduğunu deyən Tı Txan Ngia, VIETSOVPETRO-nun Vyetnamı 80% faiz neft və qaz istehsalı ilə təmin edərək ölkənin Cənub Şərqi Asiyada neft sənayesi üzrə 3-cü yer tutmasına səbəb olduğunu da vurğulayıb. O, ən müasir istehsal və emal texnologiyalarının köməyilə ay ərzində 1 milyon tondan artıq neftin hasil edildiyini qeyd edib. Şirkətdə bir sıra strukturlarla yanaşı, Elmi-tədqiqat və mühəndislik İnstitutu, eləcə də İnformasiya texnologiyaları və kommunikasiya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə, ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyərək, bildirib ki, buna misal özünün 69 vyetnamlı tələbələrinin hazırlığında iştirak etməsidir. X.Yusifzadə, hal hazırda da, bu əlaqələrin inkişafda olduğunu vurğulayıb və 2014-cü ilin may ayında Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfəri zamanı həmin heyətin tərkibində olduğunu da qeyd edib. Orada ölkə rəhbəri ilə səmərəli görüş keçirildiyini, həmçinin İlham Əliyevin Azərbaycanda təhsil almış məzunlarla görüşdüyünü və bu görüşdə özünün də iştirak etdiyini vurğulayıb. O, İlham Əliyevin Vyetnamda olarkən Azərbaycanın Vyetnam üçün neftçi kadrların hazırlanmasını təklifini irəli sürdüyünü və bu Azərbaycanın Vyetnamla olan əməkdaşlığına yeni təkan verdiyini qeyd edib. Cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsün bu gün öz reallığını tapdığını qeyd edən X.Yusifzadə , BANM ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma memorandumunun imzalanmasından şad olduğunu bildirib.
Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Eyni zamanda, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu ilə təltif olunub.

Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info