“Məktəbdə əsl vətəndaş yetişdirməliyik”
Tarix: 16.03.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Mahirə Nuriyeva:«İnteraktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaşmasına və özünü idarə etməsinə xidmət edir»
Layihə çərçivəsində müsahibimiz Səbael rayon E.Əliyev adına 162 saylı tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevadır. O, «Palitra»ya müsahibəsində məktəbdə dərslərin müasir formada təşkili, müəllimlərin şagirdlərə yanaşması ilə bağlı məqamlara toxundu:

- Bilirik ki, ənənəvi dərsdə müəllim əsas bilik mənbəyi olub öyrədən , şagird isə öyrənən rolunda çıxış edir. Ənənəvi təlim hafizəyə əsaslandığı halda, fəal təlim təfəkkürə əsaslanır. Belə ki, ənənəvi tədrisdə avtoritar üslub, fəal təlimdə isə demokratik üslub üstünlük təşkil edir. Ənənəvi dərsdə şagird bilikləri hazır şəkildə, yəni müəllimin izahından qavrayıb yadda saxlayır. Fəal təlimdə isə şagird yeni bilikləri tədqiqat zamanı axtarışlar aparmaqla əldə edir. Fəal dərsin təşkili qaydaları və eləcə də hər bir mərhələnin böyük fəlsəfi əsası var. Mənə edə gəlir ki, dərsin təşkilində bir sıra prinsiplər ödənilməlidir. Bunlar- pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, inkişafyönümlülük, şagirdyönümlülük, fəaliyyətin stimullaşdırılması və dəstəkləyici mühitin yaradılmasıdır. Gündəlik dərsin planlaşdırılmasında da müəyyən məsələləri nəzərə almaq lazımdır. Fkirimcə, dərsin mərhələlərini belə sıralamaq olar:
• Motivasiya (Problemin qoyulması)
• Tədqiqat mərhələsi (Problemin həlli)
• İnformasiya mübadiləsi
• İnformasiya müzakirəsi
• Nəticə və ümumiləşdirmə
• Yaradıcı tətbiqetmə və ya ev tapşırığının verilməsi
• Qiymətləndirmə (bütün dərs boyu aparılır)
Mən deyərdim ki, dərsin hər bir mərhələsinin gündəlik həyatla əlaqəsi böyükdür. Belə ki, interaktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaşmasına və özünü idarə etməsinə xidmət edir.
- Qeyd etdiyiniz bu mərhələləri bir qədər geniş izah edə bilərsiniz?
- Əlbəttə, mümkündür. Motivasiya mərhələsi fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Yəni şagirddə idrak fəallığını artırır. Bu mərhələ 3 üsulla aparıla bilər:
1. Rəmzi materialın şərhi
2. Sual verməyə həvəsləndirmə.
3. Problemin müxtəlif yollarla izahı.
Tədqiqat məhrələsində tədqiqat sualını tamamlamaq üçün şagirdlərə tapşırıqlar verilir. Təqdimatlar hazırlanır. Bu mərhələnin məqsədi ondan ibarətdir ki, şagirdlər informasiyaları özləri araşdırır, toplayır. Bununla da onlarda həyatda da ətrafında baş verən hadisələrin həlli yollarını müstəqil araşdırmaq qabiliyyəti inkişaf edir.
İnformasiya mübadiləsində şagirdlər əldə etdikləri yeni informasiyaları digər iştirakçılara ötürür. İş vərəqləri lövhədən asılır. Bununla da şagirddə özünü təqdimetmə bacarığı formalaşır. İnformasiyanın müzakirəsində isə şagirdlərin hazırladıqları təqdimatlar və informasiyalar müzakirə edilir. Düzgün və yanlış cavablar ayırd edilir.

“İnteraktiv dərs ənənəvi dərsdən çox fərqlənsə də, onun da dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir. Mən də bir müəllim kimi gündəlik dərslərimi planlaşdırarkən şagirdlərin marağını da nəzərə almağa çalışıram. Belə olan təqdirdə onların hər birinin bacarığını və məntiqini üzə çıxarmaq mənim üçün daha asan olur”

Bu mərhələnin məqsədi yeni əldə edilmiş informasiyaları sistemləşdirmək və hazırlanan təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdan ibarətdir. Beləliklə də şagirddə öz fikrini rahat və sərbəst söyləmə bacarığı formalaşır. Müəllim köməkçi suallardan istifadə etməklə faktların məqsədyönlü müzakirəsini təşkil etməlidir. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə informasiyaları ümumiləşdirir və əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.
Bu mərhələ isə şagirddə hadisələrə düzgün münasibət bildirməyi və eyni zamanda sərbəst nəticə çıxarmaq qabiliyyətini formalaşdırır.
-Yaradıcı tətbiqetmə mərhələsi özündə nəyi ehtiva edir?
- Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir. Praktik əhəmiyyətlidir. Əldə edilmiş nəticələrə əsasən praktiki iş, test tapşırıqları, məsələlər verilə bilər. Bəzi bölmə və mövzularda işlənə bilər. Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək olmursa, o sonrakı dərslərdə aparıla bilər və ya ev tapşırıqları verilə bilər. Bu mərhələ şagirddə bilik və bacarıqların gündəlik həyatda da tətbiqetmə bacarığının formalaşmasına xidmət edir. Ümumiyyətlə əldə olunmuş biliklər, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış iş forması ev tapşırıqlarıdır. Ev tapşırıqlarının tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır. Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s. Qiymətləndirmə isə şagirdlərin təlimdəki fəaliyyətlərinin izlənilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.
Refleksiya isə təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verir. Şagirdlərə bəzi suallar verməklə ( məsələn, biz nə etdik?, bu nəticəyə gəldik? və s) onların fikirləri sistemləşdirilir və şagirdin təlim fəaliyyəti bir daha nəzərdən keçirilir.
-Fəal dərsin üstünlüyü nədədir?
Fəal (interaktiv) dərsdə ənənəvi dərsdən fərqli uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim fasilitator rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Mənim fikrimcə, interaktiv dərs sanki elm aləminə edilən bir səyahətdir. Şagirdlər burda tədqiqatçı kimi tanımadıqları çığırla addımlayırlar. Müəllim isə onlara düzgün yol göstərən işığa bənzəyir. Bundan əlavə onu da qeyd edim ki, dərs elmə əsaslanan əyləncəli şəkildə keçilərsə şagirdlərin yeni informasiyalar almağa marağı artır və əldə edilmiş informasiyaların onların beyində daha möhkəm yer almasına zəmin yaradır. İnteraktiv dərs ənənəvi dərsdən çox fərqlənsə də, onun da dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir. Mən də bir müəllim kimi gündəlik dərslərimi planlaşdırarkən bu qaydaları gözləməklə yanaşı hər bir şagirdin marağını da nəzərə almağa çalışıram. Belə olan təqdirdə onların hər birinin bacarığını və məntiqini üzə çıxarmaq mənim üçün daha asan olur. Bu isə sinifdə çox asanlıqla qiymətləndirmə aparmağıma kömək edir. Bütün bunları dərindən fikirləşdikdə fəal təlimin gözəlliyini anlayıram və eyni zamanda da müasir bir müəllim kimi bu təlimi çox yüksək qiymətləndirirəm. Dövlətin qarşımıza qoyduğu standartları ödəməklə biz müəllimlər əsl vətəndaş yetişdirməliyik. Bu isə müəllim üçün həm çətin, həm də şərəfli bir vəzifədir. Fəal dərsin mərhələlərinə nəzər yetirdikdə əmin oluram ki, hər bir mərhələni olduğu kimi həyata keçirsəm cəmiyyət üçün yararlı, savadlı, vicdanlı, dürüst və eyni zamanda əsl şəxsiyyət yetirdirmiş olaram. Mənə elə gəlir ki, bundan gözəl bir fəaliyyət ola bilməz.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info