Türkiyəli karateçi: “Avropa Oyunlarında iştirak etmək istəyirəm”
Tarix: 16.03.2015 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Karate üzrə Türkiyə komandasının üzvü Serap Özçelik 50 kiloqram çəki dərəcəsində dəfələrlə Avropa çempionu olub. Türkiyəli idmançı 2012-ci ildə karate üzrə Dünya Çempionatında da bürünc medal qazanıb.
“Baku-2015”in Əməliyyat Komitəsindən bildiriblər ki, 27 yaşlı idmançının martın 19-dan 22-dək İstanbulda keçiriləcək karate üzrə Avropa çempionatında növbəti medalını qazanmaq imkanı var. Türkiyəli karateçi deyib: “Karyeram ərzində bu günədək üç qızıl, bir gümüş və iki bürünc medal qazanmışam. Bu ardıcıllıq məni zəfər pilləsinə aparmalıdır. Yeddinci medalı qazanmaqla tarix yazmaq istəyirəm”. Ö.Özçelik “Bakı-2015” Avropa Oyunlarında iştirak etməyi arzulayır. “Bakı-2015”də kvota yerləri isə İstanbulda keçiriləcək Avropa çempionatında məlum olacaq. Hər çəki qrupunda ilk altılıq Azərbaycana kvota yerlərini qazandıracaq. Avropa çempionatı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info