Su polosu yarışlarında iştirak etmək üçün təsnifat turniri keçiriləcək
Tarix: 16.03.2015 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“Bakı-2015” Avropa Oyunlarındakı su polosu yarışlarında iştirak etmək uğrunda turnirlər qitə ölkələrinin əksəriyyətində keçirilir. Avropa Oyunları çərçivəsində 16 komandanın iştirak edəcəyi kişilər arasında su polosu yarışlarına qatılmaq hüququ əldə etmək məqsədilə son 8 yer uğrunda 22 ölkə mübarizə aparır. On iki komandanın iştirak etdiyi qadınlar arasında su polosu yarışlarına qatılmaq hüququ əldə etmək üçün isə son altı lisenziya uğrunda 13 ölkə mübarizə aparır.
Kişilər arasında təsnifat yarışları dörd, qadınlar arasında isə üç qrupda keçirilir. Hər qrupda ilk iki yeri tutacaq komandalar Avropa Oyunlarındakı yarışlara qatılmaq hüququ qazanacaq. Bu ölkələrə ötən il yeniyetmələr arasındakı qitə çempionatında seçmə yarışların qalibi olmuş yeddi ölkənin kişilərdən, beş ölkənin isə qadınlardan ibarət komandaları və yarışlara ev sahibliyi edəcək Azərbaycanın hər iki komandası qoşulacaq. Hər iki təsnifat yarışı martın 15-dək davam edəcək. Kişilərin yarışlarında “A” qrupunda Hollandiya, Yunanıstan, Ukrayna, Belarus, Sloveniya, Portuqaliya, “B” qrupunda Avstriya, Türkiyə, Gürcüstan, Slovakiya, Bolqarıstan, Moldova, “C” qrupunda Polşa, Rumıniya, Fransa, İsrail, Çex Respublikası, “D” qrupunda isə Malta, Almaniya, Böyük Britaniya, İsveçrə və Latviya mübarizə aparır.
Qadınlardan ibarət komandalar arasında yarışlarda isə “A” qrupunda Fransa, Böyük Britaniya, Çexiya, İsveçrə, Portuqaliya, “B” qrupunda Slovakiya, Türkiyə, İsrail, Bolqarıstan, “C” qrupunda Serbiya, Almaniya, Xorvatiya və Rumıniya çıxış edir.
Malta yığmasının baş məşqçisi Karl İzzo bildirib ki, kişilərin “D” qrupunda təmsil olunan Almaniya ən güclü komandadır, Böyük Britaniya da fiziki hazırlıq baxımından çox güclüdür. Əgər tam potensialımızla oynaya bilsək, bu, bizə Avropa Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info