“Sənaye, investisiya sahəsində birgə layihələr gerçəkləşdirə bilərik”
Tarix: 16.03.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Qətər Dövlətinin nəqliyyat naziri İqtisadiyyat və Sənaye Nazirliyində olub
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətər nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib. Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Nazir Şahin Mustafayev sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanlarına dair fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ölkəmizə səfərindən və səmimi qəbuldan məmnunluğunu ifadə edib, dövlət başçıları tərəfindən əsası qoyulmuş Azərbaycan-Qətər əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Qətərin iqtisadiyyatı, ölkəsində həyata keçirilən layihələr barədə danışan Cassim Saif Əhməd Al-Sulait Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib, ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanların olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info