Polşa və Finlandiyada mətbuat təmsilçilərinə qadağalar tətbiq edilib
Tarix: 16.03.2015 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Yoxan Bekman: “Finlandiyada bu gün rus jurnalistlərə tarixçilərlə ünsiyyət qadağandır. Əgər sən ölkəndə rəhbərliyin baxışlarını bölüşmürsənsə, onda öz ölkəndə təqib edilirsən”

Rusiyanın bir qrup tarixçi və jurnalistinin avropalı həmkarları ilə birlikdə keçirdiyi forumda insan hüquqlarının müdafiəsi, Ukraynada yaranan böhran və Baltikyanı ölkələrdə baş qaldıran neofaşizm meyilləri müzakirə olunub. Forumla bağlı reportaj hazırlayan “Vzqlyad” nəşri yazır ki, ABŞ, Polşa və Finlandiyadan olan tarixçilər geosiyasi tendensiyalarla bağlı fikirlərini açıqlayıblar.
Həmin foruma qatılan tarixçilər Qərb ölkələrində insan hüquqlarının pozulması, azad sözə qarşı olan təzyiqlərlə bağlı maraqlı fikirlər səsləndiriblər. Məsələn, finlandiyalı tarixçi və hüquq müdafiəçi, ictimai-siyasi elmlər üzrə doktor olan Yoxan Bekman bildirib ki, Baltikyanı ölkələrdə və Ukraynada neonasizm sürətlə artır, bu ölkələrdə rusların siyasətlə məşğul olmasına imkan verilmir: “Bu ölkələrdə faşizm sürətlə yayılır, keçmiş CC qüvvələrinin veteranları dəstəklənir. Amma nədənsə Qərb bu ölkələrdə insan hüquqlarının pozulmasını nəinki “görmür”, hətta inkar edir. Qərb informasiya blokadası yaratmaq siyasətini davam etdirir. NATO ölkələri, Amerika xüsusi xidmət orqanları dünyanı rus informasiyasından təcrid etməyə çalışır. Məsələn, Finlandiyada bu gün rus jurnalistlərə tarixçilərlə ünsiyyət qadağandır. Əgər sən ölkəndə rəhbərliyin baxışlarını bölüşmürsənsə, onda öz ölkəndə təqib edilirsən. Finlandiya Xarici İşlər Nazirliyi yerli KİV-ə guya “Kreml təbliğatçısı” olduğum üçün məndən sitat gətirməyə qadağan edib.

Adam Smex: “Amerikanın bütün dünyada demokratiya yaratmaq hüququnu özündə görməsi qəbuledilməzdir. Bizim siyasi sistemimiz fərqli düşüncəyə imkan vermir. İnsanlar, təbii ki, fərqli düşünürlər. Məsələn, Polşa KİV-ində fərqli düşüncənin əks olunması fövqəladə dərəcədə çətindir”

Mətbuatın ünsiyyət yaratmasına qadağa qoymaqla da təqib bitmir. Açıq-gizli təhdidlər, mətbuatda böhtan, polis dindirmələri bitmək bilmir”. Polşalı ekspert Adam Smex bildirib ki, Amerikanın bütün dünyada demokratiya yaratmaq hüququnu özündə görməsi qəbuledilməzdir: “Bizim siyasi sistemimiz fərqli düşüncəyə imkan vermir. İnsanlar, təbii ki, fərqli düşünürlər. Məsələn, Polşa KİV-ində fərqli düşüncənin əks olunması fövqəladə dərəcədə çətindir. Polşa mətbuatının ana xəttini- “Biz Rusiya deyilik, Rusiya bizim düşmənimizdir” fikri təşkil edir. Bu gün Polşada Rusiya ilə bağlı müsbət fikir söyləməklə vətən xaini olmaq eyni şeydir. Bizim xarici işlər nazirimiz açıq şəkildə bəyan edib ki, NATO və Avropa İttifaqı nə desə, onunla razıdırlar. Bəzi polşalı liderlər siyasətin subyekti yox, obyekti olmağı xoşlayır”. Minnesota Universitetinin professoru Todd Cefri Lefko isə bildirib ki, Qərbdə bir çox dairələr neofaşizmin yayılmasını təbliğ edir. Ukraynada yaşanan olaylara toxunan ekspert bildirib ki, ölkədə insan hüquqlarının qorunmasından söhbət gedə bilməz. Korrupsiyanın baş alıb getdiyi ölkədə bu vəziyyətin yaranmasının səbəbkarı isə ABŞ-dır. Rusiya Xarici İşlər Nazirliyinin insan hüquqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov qeyd edib ki, Avropa İttifaqı ölkələrində ksenofobiyanın, aqressiv millətçiliyin, faşizmin sürətlə yayılması təhlükəli tendensiyadır. “RİA Novosti”nin məluatına görə, Dolqov Avropa ölkələrində ultrasağ və ekstremist təşkilatların fəallaşdığını qeyd edib: “Həmin qüvvələr hakimiyyətə gəlməyə can atırlar. Artıq yerli səviyyədə hakimiyyəti ələ alıblar”. Qeyd edək ki, Qərb dövlətlərini təmsil edən ekspertlərin dilindən səslənən fikirlər də təsdiqləyir ki, insan hüquqlarının qorunması və azad sözlə bağlı Qərbdə kifayət qədər problemlər var. Polşa və ya Finlandiyada mətbuat təmsilçilərinə tətbiq edilən qadağa azad medianın fəaliyyətinin boğulması deyilmi? İndiyə qədər bu problemlərlə bağlı ABŞ və ya digər Qərb dövlətinin hazırladığı hesabatda məlumata rast gələn olubmu? Halbuki Qərb ölkələrində insan hüquqlarının pozulması ilə bağlı yetərincə fakt var. Sadəcə, bəzi Qərb dairələri bu məsələdən digər dövlətlərə qarşı şantaj, təzyiq məqsədi ilə istifadə edirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info