Xarici dairələrin cəmiyyətimizə və dəyərlərimizə qarşı növbəti qara piarı
Tarix: 16.03.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Buna cavab olaraq cəmiyyətin özü real faktları ortaya
qoymaqdadır

Azərbaycanda bu il ən mühüm dünya idman hadisələrindən biri olan “Bakı 2015” Birinci Avropa Oyunları keçiriləcək. Bu baxımdan bütün dünyanın gözü Azərbaycandadır. Bu hadisə çox qürurverici olmaqla bərabər, bir çox ölkələrdəki dairələrdə ölkəmizə qarşı həsəd və qısqanclıq da yaradıb. Bu baxımdan ölkəmizin inkişafına qısqanclıq sərgiləyən düşmən tərəflər “Eurovision 2012”də olduğu kimi, indi də bu ərəfədə “qara” axtarmağa çalışırlar.
Onlar guya “Azərbaycanda sahibsiz heyvanlara qarşı amansız davranıldığı, onların öldürüldüyü” ilə bağlı xarici media və sosial şəbəkələrdə yalan və təhriflərlə dolu informasiyalar paylaşırlar. Halbuki bu cür amansız davranış Azərbaycan cəmiyyətinin xarakterinə və dəyərlərinə tamamilə yaddır. Buna nə dini inanclarımız, nə də insani dəyərlərimiz qətiyyən yol verməz. Bunu istənilən azərbaycanlı çox gözəl anlayır və özünə qarşı olan bu cür iftiralara ikrah və qəzəblə yanaşır. Ona görə də cəmiyyətimizə və dəyərlərimizə qarşı bəzi xarici dairələrdən aparılan “sahibsiz heyvan” qara piarına cavab olaraq cəmiyyətin özü əsl faktları ortaya qoymaqdadır. Məsələn, mətbuatda və sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyaya cavab olaraq həmyerlilərimiz "Facebook"da "event" yaradıblar. “Event”də qeyd olunur ki, məqsəd Azərbaycan dövlətinin, cəmiyyətinin sahibsiz heyvanlara, bütövlükdə ətraf mühitə olan münasibətini təbliğ etmək və heyvanlarla bağlı sosial-ictimai təsisatlar haqqında məlumat verməkdir: “Bununla yanaşı, aksiyanın digər hədəfi ölkəmizdə sahibsiz heyvanların qorunması sahəsində aparılan işlər haqqında cəmiyyəti məlumatlandırmaqdır.”
Əlavə məlumat üçün onu da bildirək ki, hələ altı il bundan öncə - 2009-cu ildə Azərbaycanda Heyvanların Xilas Edilməsi Mərkəzində (AARC) evsiz heyvanlara hər cür şərait yaradılıb. 4 hektar sahədə yerləşən bu mərkəzdə evsiz it və pişiklərin təkcə saxlanması yox, həm də müalicəsi üçün hər cür imkan var.
Mərkəzin yaradılmasında məqsəd kimsəsiz heyvanlara nəzarət etmək, o cümlədən respublikada bu heyvanlara qayğı mədəniyyəti formalaşdırmağa töhfə verməkdir. Sahibsiz heyvanların qayğısına qalmaq, onları sağaldaraq yenidən həyata qaytarmaq mərkəzin əsas iş prinsipləridir. Özəl olaraq fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin ərazisinə daxil olarkən sanki böyük bir bağa düşürsən. 4 hektarlıq ərazidə hər kəs öz işini görür. Kimi itləri gəzdirir, kimi onları yemləyir, kimi bağda ağaclara qulluq edir. “Trend”in məlumatına görə, bu heyvanlara ümumilikdə 50-dək şəxs qulluq edir.
Azərbaycan Animal Rescue Mərkəzinin təcili yardım xidməti bir zəngdən sonra gələrək, xəstə heyvanları alır, yerli və beynəlxalq baytarların iştirakı ilə tibbi müayinədən keçirir, sonra isə onları tamamilə təhlükəsiz və sağlam vəziyyətə qaytarırlar.
Qeyd edək ki, Azərbaycan dövləti bu cür sahibsiz heyvanlara qayğı mərkəzi yaradılmasına hələ 5-6 il öncə maddi vəsait ayırmışdı. Məsələn, bu mövzuya həsr edilmiş layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ilk müsabiqələrindəcə qalib olmuşdu. Bütün bu cür faktlar onu göstərir ki, Azərbaycanda sahibsiz heyvanlara istər cəmiyyət tərəfindən şəfqət və mərhəmət bəzi Avropa ölkələri ilə müqayisədə, yetərincədir və eyni zamanda, dövlət və vətəndaş cəmiyyəti strukturlarının bu sahə ilə bağlı hələ illər öncə xüsusi davamlı tədbirləri ortadadır. Bu isə bir daha Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı bəzi xarici antiazərbaycan dairələrinin bu sahədə formalaşdırmağa çalışdıqları yalanların nə dərəcədə gülünc və əsassız olduğunu ortaya qoyur. Bir daha sübut olunur ki, bu yalanlar İlk Avropa Oyunlarının bizdə keçiriləcəyindən yaranan qısqanclıqdır və dünyanın diqqətinin Azərbaycanda olmasını fürsət bilən bədniyyətli insanların qara əməlləridir. Bəs bu cür qara düşüncəli insanlar indiyə qədər niyə bir sıra xarici ölkələrdə sahibsiz heyvanlara, itlərə, pişiklərə qarşı ən qəddar üsullardan istifadə edilmələrinə göz yumurlar və bu ərəfədə “Azərbaycanda belə hallar baş verməsi” yadlarına düşüb? Məsələn, bəzi Asiya ölkələrində sahibsiz heyvanların ən qəddar üsullarla öldürülməsi ilə bağlı hətta mərasimlər təşkil edilir, onlar küçələrdəcə öldürülür, hətta yeyilir və sair. İspaniyada hər il öküzlərin başına nə oyun açıldığı bütün dünyaya bəllidir. Bəs niyə bu cür hallar həmin “heyvan haqları keşikçiləri” olan dairələr tərəfindən qabardılmır? Yaxud müsəlman Şərqində on minlərlə insan məhz Qərbdəki bəzi dairələrin “terror” oyunlarının qurbanları olaraq ən qəddar üsullarla qətl edilir. Niyə həmin günahsız insanların qanları hələ də axıdılır? Niyə onların ölümləri Qərb mediasının diqqətini cəlb etmir, yaxud buna “normal müharibə prosesi” kimi yanaşılır, göz yumulur? Niyə diqqəti kütləvi insan qırğınlarına yox, Azərbaycanda əslində olmayan “heyvan qətlinə” yönəldirlər?!
Bütün qeyd edilənlər göstərir ki, ölkəmizə qarşı bu qərəz sırf məqsədli niyyət güdür və bəzi xarici qurumların qarayaxma işlərinin bir əlavəsidir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info