“Vaqifsayağı” caz festivalının açılışı olub
Tarix: 16.03.2015 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Mustafazadənin 75 illik yubileyi münasibətilə “Vaqifsayağı” caz festivalının açılışı olub.
APA-nın məlumatına görə, saat 18:00-dək davam edəcək festivalda ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər iştirak ediblər.
Tədbirin aparıcısı Rahib Azəri Vaqif Mustafazadənin adından festival iştirakçılarına müraciət edib, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
R.Azəri bildirib ki, festival “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu ilə keçirilir: “Bugünkü festival digər tədbirlərdən fərqlənir. Bu gün Vaqifin xatirəsinə hörmət əlaməti olaraq “İçərişəhər” metrosunda, “AZAL”ın daxili reyslərində və bir neçə radioda Vaqif Mustafazadənin musiqiləri səslənəcək. Festivalın ərsəyə gəlməsində bizə kömək edən bütün xeyirxah insanlara təşəkkürümüzü bildiririk. Müraciət etdiyimiz yerlərin heç birində “yox” kəlməsini eşitmədik. Bu yağışlı, soyuq havada siz Vaqifsevərlər burdasınızsa, deməli, Vaqif Mustafazadənin özü də bizim aramızdadır, onun xatirəsi, musiqisi bizim qəlbimizdə yaşayır”.
Festivalda ölkənin tanınmış və gənc caz ustaları iştirak edir, musiqi nömrələri ifa edirlər. Tədbirdə caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara təqdim edirlər.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi "APA Holdinq"ə məxsusdur.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
14.11.2019
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
14.11.2019
Azərbaycan “Özbəkistan bizim ümumi evimizdir“ festivalında təmsil olunub
14.11.2019
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
14.11.2019
“Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq şövqü ilə ifa edim”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info