Çin Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ yaradır
Tarix: 16.03.2015 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


The Financial Times”: “Obama administrasiyası rəsmi Londonun Çinin bank layihəsində iştirakından narazıdır”

Böyük Britaniya ilk Avropa dövləti kimi, Çinin rəhbərliyi altında yaradılan Asiya infrastruktur investisiya bankına (AİİB) üzv olacaq. Ölkənin maliyyə naziri Corc Osborn bəyan edib ki, bu layihə həm Britaniya, həm də Asiyanın inkişafı, birgə layihələr həyata keçirmək baxımından unikal imkandır.
Qeyd edilir ki, yeni yaradılan bank ABŞ-ın nəzarəti altında olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, eləcə də Asiya İnkişaf Bankına rəqib olacaq. Hətta Asiya İnkişaf Bankına nəzarətin Vaşinqton və Tokio tərəfindən həyata keçirilməsi Çinin o qədər də ürəyincə deyildi. Ona görə də Çin Qərbin maliyyə institutlarının regiondakı hegemonluğunu sarsıtmaq istiqamətində müvafiq addımını atır. Çinin təşəbbüsü ilə yaradılan Asiya infrastruktur investisiya bankına ilk maraq göstərən ölkələr arasında Avstraliya, İndoneziya və Cənubi Koreya kimi dövlətlər yer alır. ABŞ bu bankın gələcəyinə şübhə ilə yanaşdığını ifadə edib. Bəlkə də elə buna görə də İndoneziya istisna olmaqla, digər adları qeyd edilən dövlətlər bu məsələyə tərəddüdlə yanaşmağa başlayıblar. Lakin bütün bunlara rəğmən, Böyük Britaniya “G7” qrupundan olan ilk ölkə kimi bu banka üzv olmağa can atır. Təbii ki, Londonun “Çinlə tərəfdaşlığı” və “Qərbin əleyhinə olan layihədə” iştirakı Vaşinqtonu qane edə bilməz. Amerikanın “The Financial Times” nəşrinin məlumatına görə, Barak Obama administrasiyası Londonun bu addımını ciddi tənqid edib. Vaşinqton qeyri-rəsmi hesabatlarında Londonun Çin bankının formalaşmasındakı iştirakı ilə bağlı iradlar yer alıb. Məsələn, ABŞ administrasiyasının yüksək rütbəli əməkdaşları da Londonun bu addımını Çinin xeyrinə “daimi güzəştlər” kimi xarakterizə ediblər. Onlar Vaşinqtonla London arasında mövcud olan "xüsusi münasibətləri" Böyük Britaniya rəsmilərinə bir daha xatırladıblar. Belə görünür ki, ABŞ-ın da narahatçılığına əsas var. Pekin yeni nəsil beynəlxalq inkişaf bankları yaratmaqla ABŞ-ın inhisarında olan beynəlxalq maliyyə institutlarına təhdid yaradır. Vaşinqton Londonun Pekinin bank layihəsində iştirakını Dünya Bankının maraqlarınа xəyanət kimi qiymətləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info